Yuxarı

Neft Daşları - Dübəndi xəttində sızma aradan qaldırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neft Daşları - Dübəndi xəttində sızma aradan qaldırıldı

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində "Azneft” İstehsalat Birliyinin (İB) “Neft Daşları” – Çilov – Şah saçı – Dübəndi neft xəttində təmir-bərpa işləri 11 fevral saat 12:00-da tam başa çatdırılıb. Saat 13:30-dan etibarən isə yeni boru kəmərinin tədricən istismara qaytarılmasına başlanılıb.

Bu barədə Axar.az-a cavab olaraq “Azneft” İstehsalat Birliyindən bildirilib.

Qeyd olunub ki, hadisə ilə bağlı aidiyyəti dövlət qurumları və Xəzər dənizinin Azərbaycan sektorunda fəaliyyət göstərən digər operatorlarla əlaqə yaradılıb, məlumat mübadiləsi və sızmanın qarşısının alınması üzrə müvafiq tədbirlərin əlaqələndirilməsi həyata keçirilib.

Qeyri-sabit hava şəraitinin nisbətən sabitləşdiyi 9 fevral tarixindən etibarən bir sıra tədbirlərin icrasına başlanılıb. Tankerlər Neft Daşlarına yan alaraq və neftin daşınmasını həyata keçirib, beləliklə hasilata təsirin minimuma endirilməsi, habelə zədələnən boru kəməri ilə nəqlin dayandırılması təmin edilib, bununla sızma aradan qaldırılıb.

Boru kəmərinin təmir-bərpası prosesi çərçivəsində uzaqdan idarə olunan robot (ROV) suya buraxılıb, dalğıc xidməti mobilizə edilib. Həmçinin hadisə yerinə sualtı baxış keçirilib, müşahidələr əsasında təmir-bərpa işlərinin planı dəqiqləşdirilib.

Qeyd edək ki, fevralın 7-də “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” – Çilov – Şah saçı – Dübəndi neft xəttində sızma müşahidə edilib.

Tarix
2025.02.13 / 19:22
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin tapşırığı: İrana humanitar yardım yola salınır - Foto

Prezidentdən İran açıqlaması: Yanında olmağa davam edəcəyik

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla