Yuxarı

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Xəbər verdiyimiz kimi, yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olacaq. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Axar.az Trend-ə istinadən xəbər verir ki, qərara əsasən, ödənişin məbləğinin müəyyən edilməsi ilə bağlı tapşırıqlar da verilib. Belə ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası avtomobil yolunun dərəcəsini nəzərə almaqla nəqliyyat vasitələrinin gedişi üçün ödəniş məbləğini təsdiq etməlidir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə isə bu qərardan irəli gələn məsələlərin həlli tapşırılıb.

Tarif (qiymət) Şurasından bildirilib ki, ödəniş məbləği Agentliyin təklifləri təqdim edildikdən sonra müzakirə edilərək müəyyən olunacaq.

Qeyd edək ki, qərar aprelin 1-dən qüvvəyə minib.

Tarix
2026.04.03 / 21:28
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla