Yuxarı

Tələbəmizin ABŞ-da Vətən müharibəsi ilə bağlı çıxışı... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pensilvanya Dövlət Universitetinin kompüter elmləri fakültəsinin II kurs tələbəsi Nihat Həsən Elşən oğlu 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan zəfərlə bağlı universitetdə çıxış edib.

Axar.az xəbər verir ki, o öz çıxışında Vətən müharibəsindəki qələbənin Azərbaycan xalqı üçün önəmindən bəhs edib.

“Təsəvvür edin ki, ölkənizin müharibə ilə parçalandığını görürsünüz və ətrafınızdakı insanların əziyyət çəkdiyinə şahid olursunuz. İndi isə bu müharibənin başa çatdığını, rahatlıq və ümid içində olduğunuzu təsəvvür edin. İlham Əliyevin 2020-ci ildəki qələbə çıxışı Azərbaycan üçün məhz bunu ifadə edirdi. Bu gün mən sizə bu çıxışın niyə mühüm vətəndaş aktı olduğunu, onun təkcə bir millətə deyil, şəxsən tanıdığım insanlara necə təsir etdyini paylaşmaq istəyirəm. İlham Əliyev 10 noyabr 2020-ci ildəki çıxışını Azərbaycanın 44 günlük müharibədən, Qarabağ bölgəsini geri almasından sonra etdi. Ölkə başçısı qələbəni qeyd etdi və canından keçən şəhidləri andı. Bu sadəcə qələbə elanı deyildi. Xalqı səbirli, qürurlu olmağa, gələcəyə inamlı baxmağa çağırış idi.

Bu çıxış Azərbaycan üçün nə deməkdir? Bu, milli qürurun bərpası, illərlə davam edən yaraların sağalması idi. Eyni zamanda bu, bütün dünyaya Azərbaycanın irəli getməyə, ölkəni yenidən qurmağa hazır olduğunu göstərdi. Bu çıxış mənim üçün böyük məna daşıyır. Çünki onun insanlara necə təsir etdiyini öz gözümlə görmüşəm. Son olaraq güclü sözlər bir icmanı birləşdirir və onlara ümid verir”.

Tarix
2025.02.13 / 18:44
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ bombardmana hazırlaşır: B-2-lər göndərildi

Bayramov İƏT-in Nazirlər Şurasının fövqəladə iclasında

Daha bir ölkə İrandan təxliyəyə görə Azərbaycana təşəkkür etdi

Bayramov suriyalı həmkarı ilə görüşdü: Yardım davam edəcək!

Laçın səfəri ilə bağlı daha bir paylaşım - Video

Məhkəmə sabiq icra başçısı ilə bağlı qərar verdi

Nazir Ermənistanla sülh prosesindən danışdı

İrana qarşı əməliyyatlar narahatlıq yaradır - Bayramov

İlham Əliyevin müraciəti BMT sənədi kimi yayıldı

Bayramov İordaniyanın XİN rəhbəri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla