Yuxarı

Bayramov suriyalı həmkarı ilə görüşdü: Yardım davam edəcək!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şeybani ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı Azərbaycan və Suriya arasında ikitərəfli münasibətlərin bərpası və inkişafı məsələləri, həmçinin regional təhlükəsizlik gündəliyindəki mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

C.Bayramov uzun fasilədən sonra Dəməşqdə Azərbaycan Respublikasının Səfirliyinin fəaliyyətinin bərpa olunmasının ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı olduğunu qeyd edib, Suriya ilə siyasi dialoqun, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın Suriyada sabitliyin və dayanıqlı sülhün bərqərar olunmasını dəstəklədiyi bildirilib, bu xüsusda Suriyanın bərpası prosesində Azərbaycanın iştirak etməyə hazır olduğu və humanitar yardımın davam etdiriləcəyi diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin, Suriyaya qarşı tətbiq olunan birtərəfli sanksiyaların ləğv olunması təqdir olunub və bu kimi tədbirlərin ölkənin bərpası və regional inteqrasiyasına dəstək verəcəyi qeyd edilib.

Regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq və həmrəyliyin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər, o cümlədən Yaxın Şərqdəki cari gərginliklər ətrafında fikir mübadiləsi aparılıb.

İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış eskalasiyanın narahatlıq doğurduğu, vəziyyətin diplomatik yollarla tənzimlənməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2025.06.21 / 21:10
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı qazı Suriyanın iqtisadi bərpasının təminatıdır - Səfir

Zəngəzur anlaşması: İlham Əliyev tələb etdi, İrəvan razılaşdı

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto

Şlyapa Zahidə hökm oxundu

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

Rusiya Şıxlinski ilə bağlı qərar verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla