Yuxarı

"Qarabağ"ın oyununa satılan biletlərin sayı açıqlandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin İrlandiya "Şelburn"una qarşı keçirəcəyi oyuna satılan biletlərin sayı açıqlanıb.

Axar.az klubun rəsmi sosial şəbəkə hesabına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüşə 25000 bilet satılıb.

İyulun 30-da keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, "VİP Lounge" üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Azarkeşlər biletləri iTicket.az-ın satış məntəqələrindən (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, "Qarabağ" - "Şelburn" oyunu bu axşam saat 20:00-da start götürəcək.

Tarix
2025.07.30 / 19:00
Müəllif
Axar.az
Digər xəbərlər

Kəlbəcərdə mina partlayışı: AzTV-nin əməkdaşı ifadə verdi

İlham Əliyev 2 fərman, 1 sərəncam imzaladı

Hacıyev Ukrayna səfiri ilə görüşdü

“Quql məps” Zəngəzur dəhlizini açdı - Foto

Şuşada konsulluq üçün müraciət etmişik, amma... - Səfir

Türkiyə-Ermənistan sərhədi hansı halda açılacaq? – Səfir

Bu, insanlar üçün davamlı təhlükədir - PA rəsmisi

Bakı qazı Suriyanın iqtisadi bərpasının təminatıdır - Səfir

Zəngəzur anlaşması: İlham Əliyev tələb etdi, İrəvan razılaşdı

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla