Yuxarı

Yol polisi valideynlərə çağırış etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yol hərəkətində təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışından asılıdır. Təəssüf ki, bəzən valideynlər, xüsusilə də velosiped, moped və ya motosikletlə hərəkət edən şəxslər təhlükənin fərqində olmadan, azyaşlı övladlarını bu nəqliyyat vasitələrinin arxasında və ya əlavə oturacaq hissəsində daşımaqla onların həyatını ciddi təhlükə altına atırlar.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) valideynlərə çağırışında bildirilib.

"Unutmaq olmaz ki, azyaşlıların bədən quruluşu və refleksləri qəfil vəziyyətlərə qarşı müdafiəsizdir və yüngül sayılan bir zərbə belə ciddi xəsarətlərlə nəticələnə bilər. Şübhəsiz ki, heç bir valideyn övladına zərər vermək istəmir, əksinə, onu çox sevir, qoruyur. Lakin bəzən edilən hərəkət, yəni təhlükə ehtimalı olan şəraitdə uşağı velosiped və ya motosikletlə aparmaq, bu sevginin əksi olan bir davranış kimi qiymətləndirilə bilər. Təhlükədən xəbərsiz körpə valideynin məsuliyyətsizliyi ucbatından həyatını itirə və ya ömürlük iz buraxan xəsarətlərlə üzləşə bilər", - deyə qeyd olunub.

BDYPİ bir daha bütün valideynlərə və qəyyumlara çağırış edərək bildirib ki, heç bir səbəb – tələsmək, məsafənin yaxın olması və ya şəxsi rahatlıq uşaqların həyatını təhlükəyə atmağa haqq qazandırmır. “Qaydalara əməl etməklə faciədən yayınmaq mümkündür. Unutmayın ki, sonrakı peşmançılıq nə təhlükəni aradan qaldırır, nə də əzizlərinizi geri qaytarır",- deyə çağırışda vurğulanıb.

Tarix
2025.07.31 / 15:03
Müəllif
Axar.az
Digər xəbərlər

TASS dəyişiklik etdi: Üzrü qəbahətindən betər... - Foto

Dünyanı çox ciddi fəlakətlər gözləyir – Ekstrasens

Rusiyadan şok: Paşinyan devriləcək, Bakı ilə yeni müharibə...

Azİİ eybəcər səslənir, çürük imperiya yaddaşıdır – Rüstəmxanlı

Putin azərbaycanlı qəhrəmanı təltif etdi

Rəsmi Bakıdan TASS-a xəbərdarlıq: Üzr istəməsə...

Xankəndidə Ayvazovskinin büstünün sökülməsi… - XİN

Azərtac TASS-a xəbərdarlıq etdi

Azərbaycanla sülh uğrunda mübarizə aparırıq - Qusev

Azərbaycanla sülh olacaq - Xaçatryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla