Yuxarı

“Azərişıq” bu kəndlərdə elektrik təsərrüfatını yeniləyir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərişıq ASC Gədəbəyin köhnəlmiş elektrik təsərrüfatını yeniləyir.

Axar.az xəbər verir ki, rayonun Arıqıran kəndində 0.4 və 10 kV-luq elektrik şəbəkələri yenidən qurulur. İşlər yekunlaşdıqdan sonra kənddə ümumilikdə 9 müasir tipli Komplekt Transformator Məntəqəsi (KTM) abonentləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edəcək.

Arısu, Xarxar və Zəhmət kəndlərinin elektrik şəbəkəsi tamamilə yenilənib. Yeni 0.4 kV-luq dayaqlar basdırılıb, köhnə elektrik xətlərinin əvəzinə Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilib. Sadalanan 3 kənddə ümumilikdə 17 KTM quraşdırılıb.

Növbəti mərhələdə Çanaqçı, İnəkboğan və Kərimli kəndlərində 0.4 və 10 kV-luq elektrik şəbəkələri yenidən qurulacaq.

Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” Gədəbəylə yanaşı ölkənin bütün regionlarında bir sıra kənd və qəsəbələrdə yenidənqurma işlərini davam etdirir.

Tarix
2025.07.31 / 13:51
Müəllif
Axar.az
Digər xəbərlər

TASS dəyişiklik etdi: Üzrü qəbahətindən betər... - Foto

Dünyanı çox ciddi fəlakətlər gözləyir – Ekstrasens

Rusiyadan şok: Paşinyan devriləcək, Bakı ilə yeni müharibə...

Azİİ eybəcər səslənir, çürük imperiya yaddaşıdır – Rüstəmxanlı

Putin azərbaycanlı qəhrəmanı təltif etdi

Rəsmi Bakıdan TASS-a xəbərdarlıq: Üzr istəməsə...

Xankəndidə Ayvazovskinin büstünün sökülməsi… - XİN

Azərtac TASS-a xəbərdarlıq etdi

Azərbaycanla sülh uğrunda mübarizə aparırıq - Qusev

Azərbaycanla sülh olacaq - Xaçatryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla