Yuxarı

Sabiq rəislə bağlı şok faktlar... - Həbsi qaçılmazdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabiq rəislə bağlı şok faktlar... - Həbsi qaçılmazdır

Bakı Metropoliteni QSC-nin külli miqdarda vergi borcu var.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, qurumun sədri Vüsal Aslanovun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1 721 212.03 manat vergi borcu yaranıb.

Dövlət Vergi Xidməti tərəfindən sözügedən qurumda aparılan səyyar vergi yoxlamaları zamanı “Bakı Metropoliteni” QSC barəsində 3 985 391.5 manat maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, ötən ilin dekabrında Zaur Hüseynov Bakı Metropoliteni QSC-nin sədri vəzifəsindən azad edilib, yerinə Vüsal Aslanov təyin olunub. Yoxlamalar Z.Hüseynovun vəzifədə olduğu dövrü əhatə edib.

Daha əvvəl Bakı Metropoliteni QSC-də Hesablama Palatası tərəfindən həyata keçirilən kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkarlanmışdı.

Hesablama Palatası Bakı Metropoliteni QSC-də apardığı audit nəticəsində sərnişindaşımanın maya dəyərinin süni şəkildə artırıldığı üzə çıxmışdı. Məlumatda deyilirdi ki, audit nəticəsində müəyyən edilib ki, sərnişindaşıma fəaliyyəti üzrə subsidiyalar düzgün tənzimlənməyib. Belə ki, yaranan sərbəst vəsaitlər əsaslandırılmadan muzdlu işçilərə fərdi mükafat adı ilə ödənilib. Bu ödənişlər gəlirdən çıxılan xərclərə aid edilərək sərnişindaşıma xidmətlərinin maya dəyərinin artmasına səbəb olub.

Buna görə sabiq rəisin haqqında cinayət işinin açıla biləcəyi haqda ekspertlər arayış vermişdilər.

Tarix
2025.02.15 / 13:22
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla