Yuxarı

Qarabağda 8 dərəcə şaxta olub

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 18-i saat 09:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şərq rayonlarında qısamüddətli yağıntılı olub.

Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı Astarada 3, Lənkəranda 2, Şabran, Oğuz, Qəbələ, Quba, Cəlilabadda 1 mm-dək olub.

Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Xaltan, Qusarda 1 sm-dir.

Fevralın 17-də şimal-qərb küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib.

Naftalan, Şəmkir, Zaqatala, Şəki, Şamaxı, Oğuz, Qusar, Lerik, Qrız, Yevlax, Zərdab, İmişli, Cəfərxan duman müşahidə olunub. Görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da, dağlıq rayonlarda eyni zamanda Qarabağ və Şərqi Zəngəzur bölgəsində 8 dərəcəyədək şaxta qeydə alınıb.

Tarix
2025.02.18 / 09:43
Müəllif
Axar.az
Digər xəbərlər

Sahibə Qafarova Pakistan Senatının sədri ilə görüşdü

Bayramov Ukrayna XİN rəhbərinin müavinini qəbul etdi

Prezidentdən Rasizadəyə: Atamın etibarlı silahdaşı olmusunuz

Azərbaycana göstərilən yardım kifayət deyil - Bayramov

Azərbaycan rəsmiləri ATƏT PA-nın prezidenti ilə görüşdü

Tramp Zelenskidən bunu istəyir: onu məhv etmək üçün...

İlham Əliyev Qalibafı qəbul etdi - Foto

Trampın Ukrayna razılaşması Qafqaza nə vəd edir?

Ermənistan 10 noyabr bəyanatına qayıtmağı düşünmür

Gənclər və idman nazirinin səlahiyyətləri artırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla