Yuxarı

Rusiya gəmisinin kapitanının səhhəti pisləşdi, DSX xilas etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizində xilasetmə işləri həyata keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Komandanlığı Xəzər dənizində üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsini davam etdirir.

Fevral ayının 19-da Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında Rusiya Federasiyası bayrağı altında üzən POLA ANFİSA yük gəmisinin kapitanı Zelyazkov Andrey Stepanoviçin səhhətində ciddi problem yaranması ilə bağlı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Sərhəd Nəzarəti Komandanlıqlarına məlumat daxil olub.

Dərhal təxirəsalınmaz tədbirlər görülərək dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi müəyyən edilmiş koordinatlar üzrə hərəkətə keçib və operativ şəkildə Rusiya Federasiyasının yük gəmisi olan əraziyə çatıb.

Peşəkar və sürətli müdaxilə nəticəsində yük gəmisinin kapitanı sərhəd gəmisinə təxliyə olunub, ilkin tibbi yardım göstərildikdən sonra təhlükəsiz şəraitdə Zirə Limanına çatdırılaraq tibbi yardım briqadasının müşayiəti ilə M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Tarix
2025.02.20 / 16:50
Müəllif
Axar.az
Digər xəbərlər

Köhnə dollar sahiblərinə pis xəbər: Bütün risklər...

Qara dənizdə “Natiq Əliyev” və “Beqonia S” gəmiləri toqquşdu

AB müşahidəçiləri yenə sərhədimizdə - Video

Sərhəddə atışma olub? - Sərkisyan çağırış etdi

ATƏT PA-da erməni deputatın əsassız iddiaları ifşa olundu

Hacıyevin İsrail səfəri: Siyasi dönüş başladı, qadağa ləğv edilir!

İlham Əliyev Hulusi Akarı qəbul etdi - Foto

Nikolun Makrona arxalanmasının nəticəsi... - Mixaylov

Böyük əmilər oynayır: Ukrayna kiçik hissələrə parçalanacaq

Tramp zəhmət çəkməsin, Bakı və İrəvan özü həll edər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla