Yuxarı

Qəzaya düşən "Bakı Bus" sürücüsünü maşın vurdu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəzaya düşən "Bakı Bus" sürücüsünü maşın vurdu - Video

Bakı şəhəri, Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, minik maşını ilə "Bakı Bus"a məxsus 108A nömrəli marşrut avtobusu toqquşub.

Hadisə ilə bağlı açıqlama verən Bakı Bus MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, yolun qarlı və sürüşkən olması səbəbindən avtobus yol kənarındakı dəmir maneəyə çırpılıb və çuxura düşüb:

"Bu gün, saat 08:10-da Bakı Bus MMC-nin istismarında olan 108A nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus Binəqədi rayonu ərazisində qəzaya uğrayıb.

İlkin araşdırmaya əsasən, yolların qarlı və sürüşkən olması səbəbindən avtobus yol kənarındakı dəmir maneəyə çırpılıb və çuxura düşüb. Hadisədən sonra nəqliyyat vasitəsini idarə edən sürücü - Alı Hüseynov nəqliyyat vasitəsinə baxış keçirdiyi zaman digər avtomobil tərəfindən vurulub. Nəticədə sürücü ayaq nahiyəsindən xəsarət alıb. Hadisə ilə bağlı dərhal Təcili Tibbi Yardıma və hüquq-mühafizə orqanlarına məlumat verilib. Sürücünün vəziyyəti qənaətbəxşdir.

Bakı Bus MMC olaraq sərnişinlərimizin və sürücülərimizin təhlükəsizliyinin təmin olunması üçün qarlı hava şəraitində bütün zəruri texniki və operativ tədbirləri görməkdə davam edirik. Qarlı və buzlu yollar səbəbindən hər kəsi daha diqqətli və ehtiyatlı olmağa çağırırıq".

Tarix
2025.02.21 / 17:45
Müəllif
Axar.az
Digər xəbərlər

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

AXCP sədri onların əlaltısıdır... - Deputat

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

Bayramov Ankarada Zəngəzur dəhlizindən danışdı - Foto

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla