Yuxarı

Bakıda minlərlə mənzil satışa çıxarıldı: əşyalar da var...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşınmaz əmlak bazarında ipoteka ilə alınan mənzillərin kütləvi satışı müşahidə olunur. Hazırda elan saytlarında bu tipdə satışa təqdim olunan çox sayıda mənzil mövcuddur.

Axar.az xəbər verir ki, mövzu ilə bağlı "Yeni Sabah"a danışan əmlak eksperti Elnur Fərzəliyev sözügedən elanların daha çox şirkətlərin daxili kreditlə təklif etdiyi mülklər olduğunu bildirib.

“Qanunvericiliyə görə, ipoteka kreditinin müddəti bitməyənə qədər vətəndaşlar həmin mənzilləri sata bilməz. Elan saytlarında olan mənzillər əksər hallarda şirkət daxili, az faizli ipotekalı mənzillərdir. Bəzi vətəndaşlar belə əmlakları alaraq, bir müddət sonra daha baha qiymətə satırlar. Bu, daha çox gəlir əldə etmək üçün nəzərdə tutulub. Amma 4 və 8 faizli ipoteka ilə satılan mənzillərin yenidən satışa çıxarılması üçün ilk növbədə onların krediti bağlanmalıdır. Yaxud alıcı tərəf etibarnamə vasitəsi ilə almalıdır ki, bunu da hər kəs etmir”, - o vurğulayıb.

Ekspert qeyd edib ki, hazırda ipoteka ilə mənzil almaq xeyli çətinləşib:

“Şərtlər asan olmadığı kimi, həmin ipoteka kreditlərini əldə etməyin özü də çox çətindir. Çünki paytaxtın əmlak bazarında artan qiymətlər onu deməyə əsas verir ki, bahalaşma ildən-ilə davam edir. Təbii olaraq qiymət artdıqca, onun aylıq faiz dərəcələri də artır.

Bir çox layihə var ki, onlar minimal güzəştli şərtlərlə satılır. Həmin mənzilləri alıb, daha sonra içinə əşyalar qoyub daha baha qiymətə satan şəxslər də çoxdur”.

Tarix
2025.02.21 / 18:39
Müəllif
Axar.az
Digər xəbərlər

Ruslar Xocalıda yerləşmişdi: Orda mina necə ola bilər?

Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır

Azərbaycanlılar mənim üçün yad deyillər - Kavelaşvili

İmamoğlu prezidentliyə namizədlik üçün müraciət etdi - Video

ABŞ-ın Ukrayna ilə bağlı siyasətinin 3 mühüm səbəbi

Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib

Prezidentin ali xüsusi rütbə verdiyi Emil Qarayev - Dosye

Köhnə dollar sahiblərinə pis xəbər: Bütün risklər...

Qara dənizdə “Natiq Əliyev” və “Beqonia S” gəmiləri toqquşdu

AB müşahidəçiləri yenə sərhədimizdə - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla