Yuxarı

Bakının bu ərazilərində evlər ucuzlaşacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron yarımadasının müxtəlif ərazilərində daşınmaz əmlakın qiymətlərində fərqli artım templəri müşahidə olunur.

Axar.az Trend-ə istinadən xəbər verir ki, ekspertlərin fikrincə, son bir neçə ildə əmlak bazarında ciddi durğunluq var. Bu proses uzun müddət davam etsə, satış qiymətlərində stabilləşmə və hətta enməni də görmək mümkün olacaq.

Bəs, görəsən, yaxın gələcəkdə yarımadanın, o cümlədən paytaxtın hansı ərazilərində daha ucuz qiymətə mənzil tapmaq olacaq?

Məsələ ilə əmlak eksperti Elnur Fərzəliyev deyib ki, Xırdalan şəhərində əmlak paytaxta nisbətən ucuz olsa da, tıxac səbəbindən orada yaşayan insanlar da məcburən öz evlərini sataraq paytaxta doğru gəlməyə çalışırlar:

“Hazırda xüsusən kreditli şərtlərlə alınan əmlaklarda şəhərin Günəşli, Zığ massivi tipli ərazilərinə tələbat daha çoxdur. Həmin ərazilərdə qiymət artımı paytaxta nisbətən daha azdır. Bundan əlavə, paytaxtda yeni metro stansiyalarının açılacağı ilə bağlı xəbərlər yayılıb. Həmin stansiyaların nisbətən kənar ərazilərdə açılacağı bildirilir. Bu səbəbdən həmin ərazilərdə daşınmaz əmlaklara tələbat artacaq, yatırım etmək üçün sərfəli şərait yaranacaq”.

Elnur Fərzəliyev vurğulayıb ki, hazırda qiymət artımı təbii formada olsa da, əksər ərazilərdə süni artımlar da var:

“Bu da istismar müddəti bitən, qəzalı vəziyyətdə olan köhnə binalarda baş verir. Buna da əsas səbəb həmin binaların sökülərək yenitikililərlə əvəzlənməsidir. Artıq azad olunan ərazilərdə tikinti işlərinin sürətlənməsi, yeni iş yerlərinin açılmasına səbəb olur. Bölgələrdən iş üçün gələn insanların böyük bir qismi paytaxta deyil, həmin ərazilərə üz tutur”.

Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov isə qeyd edib ki, son dövrlər qiymət artımına daha çox Bakı və Abşeron ərazisi məruz qalıb:

“Bu, Bakıdakı fiziki artım, regionlardan olan yüksək urbanizasiya ilə bağlıdır. Qiymətlərin stabil bahalaşması fonunda vətəndaşların büdcəsi imkan vermir ki, ev alışı üçün yetərli vəsaiti toplaya bilsinlər. Onlar da ipoteka, müxtəlif kredit növlərinə üz tuturlar”.

Onun sözlərinə görə, növbəti illərdə qiymətlərin artması qaçılmaz olacaq.

“Bəzi ərazilərdə təklif tələbdən yüksəkdir. Bunun fonunda qiymətlərin nisbətən stabil və ucuz qalması proqnozlaşdırıla bilər. Buraya ilk növbədə Xırdalan şəhəri ərazisi daxildir. Burada inşaat həcmi kifayət qədər var, təkliflərin sayı həddindən artıq çoxdur. Yol infrasturkturunun inkişafı gələcəkdə həmin ərazilərdə evlərin alışı üçün münbit şərait yaradacaq. Buraya ilk növbədə Xırdalan şəhəri və onun ətrafındakı ərazilər daxildir. Bundan əlavə Masazır qəsəbəsini də qeyd etmək olar. Üçüncü yerdə isə Sumqayıt şəhəri və Hövsan qəsəbəsidir. Burada kifayət qədər daşınmaz əmlak var. Tələbat da yüksək deyil. Bu baxımdan qiymət artımları nisbətən az olacaq”.

Tarix
2025.02.22 / 10:29
Müəllif
Axar.az
Digər xəbərlər

Si Kremldən şübhələndi - Tramp istəyinə çatır

Ruslar Xocalıda yerləşmişdi: Orda mina necə ola bilər?

Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır

Azərbaycanlılar mənim üçün yad deyillər - Kavelaşvili

İmamoğlu prezidentliyə namizədlik üçün müraciət etdi - Video

ABŞ-ın Ukrayna ilə bağlı siyasətinin 3 mühüm səbəbi

Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib

Prezidentin ali xüsusi rütbə verdiyi Emil Qarayev - Dosye

Köhnə dollar sahiblərinə pis xəbər: Bütün risklər...

Qara dənizdə “Natiq Əliyev” və “Beqonia S” gəmiləri toqquşdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla