
Ukrayna ilə razılığa çox yaxınıq - Tramp
01:47
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
İran Prezidenti Məsud Pezeşkian Hizbullahın keçmiş baş katibi Həsən Nəsrullahın dəfn mərasiminə dəvət almayıb.
Axar.az xəbər verir ki, bu haqda "Entekhab" nəşri məlumat yayıb.
Bildirilir ki, mərasimdə İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf iştirak edəcək.
"O, şəxsi təşəbbüsündən sonra Livan parlamentinin sədri Nəbih Beri tərəfindən dəvət olunub", - məlumatda qeyd olunub.
Qeyd edək ki, 2024-cü il sentyabrın 27-də Beyrutun cənubunda İsrailin hava hücumu zamanı öldürülən Həsən Nəsrullah fevralın 23-də Livan paytaxtında dəfn olunacaq.
Tarix
2025.02.22 / 18:42
|
Müəllif
Vüsalə İsgəndərova
|