Yuxarı

DYP-dən hava şəraiti ilə bağlı müraciət: Bunlara əməl edin!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DYP-dən hava şəraiti ilə bağlı müraciət: Bunlara əməl edin!

Baş Dövlət Yol Polisi (DYP) İdarəsi ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, qar və yolların buz bağlaması ehtimalı ilə əlaqədar olaraq sürücülərə müraciət edib.

Axar.az xəbər verir ki, müraciətdə deyilir:

“Hazırda Bakı-Quba-Rusiya sərhədi yolunun 40-cı km-dən, Bakı-Şamaxı-Yevlax yolunun 35-ci km-dən, Ələt-Astara-İran sərhədi yolunun 12-ci km-dən, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 65 km-dən başlayaraq, eyni zamanda Gəndob-Yalama avtomobil yolunda və Ağsu aşırımında intensiv qar yağışı müşahidə olunur.

Nəticədə yolların hərəkət hissəsində qar örtüyü əmələ gəlib və bəzi yerlərdə buzlaşma ehtimalı yüksəkdir.

Belə hava şəraitində xüsusilə külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda və körpülərdə yolun buz bağlaması sürüşmə ehtimalını artırır.

DYP əməkdaşları qeyd olunan ərazilərdə gücləndirilmiş nəzarət tədbirləri həyata keçirir, təhlükəsizlik məqsədilə texnika və yol təsərrüfatı qurumları ilə birgə tədbirlər görür.

Lakin sürücülərin də maksimum ehtiyatlı olması və aşağıdakı qaydalara ciddi riayət etməsi vacibdir:

- Avtomobillərin texniki vəziyyətini yoxlayın, qış təkərlərindən istifadə edin.

- Sürət həddini azaldın, ötmə və digər kəskin manevrlərdən çəkinin.

- Yolların buz bağlaya biləcəyini nəzərə alaraq, ara məsafəsini qoruyun.

- Hava və yol şəraiti ilə bağlı məlumatları izləyin.

- Zərurət olmadıqca sözügedən istiqamətlərdə hərəkət etməyin.

Yollardakı vəziyyət barədə tərəfimizdən yol hərəkəti iştirakçıları mütəmadi olaraq məlumatlandırılacaq”.

Tarix
2025.02.23 / 00:37
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla