Yuxarı

Arestoviç söz verdi: Zelenskini həbs etdirəcəm, ömürlük!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç hakimiyyətə gələrsə, Vladimir Zelenskini mühakimə edəcəyinə söz verib.

Axar.az xəbər verir ki, bu barədə hazırda axtarışda olan Arestoviç jurnalist Aleksandr Şelestlə onlayn yayımda bildirib.

“İnsanlar məndən tez-tez soruşmağa başlayıblar: prezident olsam, Zelenskini həbs edəcəm? Axı mən bunu necə edə bilərəm? Həbs qərarını məhkəmə verir. Ancaq onun tutulması üçün göstəriş verəcəm”, - o deyib.

Arestoviç heç bir xarici ölkənin Zelenskini və onun dəstəsini xilas etməyəcəyini iddia edib:

“Biz hamını tutacağıq, harada gizlənməsindən asılı olmayaraq, onları yerin altından çıxaracağıq, geri gətirəcəyik və hökmü canlı efirdə oxuyacağıq”.

Onun fikrincə, Zelenskinin “başından bir tük də” əskik olmamalıdır, o, ömürlük həbsdə yatmalıdır.

Qeyd edək ki, bəzi iddialara görə, Qərb Arestoviçə “Zelenskini əvəzləyəcək ehtiyat kadr” kimi baxır.

Tarix
2025.02.22 / 21:46
Müəllif
Axar.az
Digər xəbərlər

“Yumşaq güc” reytinqi açıqlandı: Azərbaycan neçəncidir?

5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı

Döyüş mövqelərində vəziyyət nə yerdədir? - MN

Si Kremldən şübhələndi - Tramp istəyinə çatır

Ruslar Xocalıda yerləşmişdi: Orda mina necə ola bilər?

Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır

Azərbaycanlılar mənim üçün yad deyillər - Kavelaşvili

İmamoğlu prezidentliyə namizədlik üçün müraciət etdi - Video

ABŞ-ın Ukrayna ilə bağlı siyasətinin 3 mühüm səbəbi

Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla