
Bu əşyaları dərhal mətbəxdən atın - Səbəb
02:10
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Fransada iki evsiz şəxs başqasının bank kartını oğurlayaraq lotereya bileti alıb, yüz minlərlə avro uduş qazanıb.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.
Uduşun məbləği 500 min avro olub, lakin qaliblərə həmin uduş ödənilməyib.
Belə ki, təşkilatçılar oğurluq hadisəsindən xəbərdar olan kimi ödənişi dondurublar. İndi isə uduşun kimə veriləcəyi barədə mübahisələr gedir – lotereyanı alana, yoxsa bank kartının sahibinə?
Zərərçəkən, yəni kartı oğurlanan şəxs isə uduşun ona verilməsini tələb edir.
“Mən olmasam, onlar bu bileti ala bilməyəcəkdilər”, – o deyib.
Tarix
2025.02.23 / 00:21
|
Müəllif
Axar.az
|