Yuxarı

Bayramov Ukrayna XİN rəhbərinin müavinini qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov Ukrayna XİN rəhbərinin müavinini qəbul etdi

20 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukrayna xarici işlər nazirinin müavini Aleksandr Mişenkonu qəbul edib.

Axar.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, habelə regiondakı vəziyyət haqqında müzakirələr aparılıb.

Tərəflər görüş zamanı dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına dair iki ölkə tərəfindən davamlı şəkildə nümayiş etdirilən mövqenin, habelə ölkələr arasında beynəlxalq hüququn fundamental prinsiplərinə və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin vacibliyini vurğulayıblar.

Qarşı tərəf Azərbaycanın Ukraynanın münaqişədən zərər çəkmiş bölgələrinin bərpa və yenidən qurulmasına töhfəsinin, habelə Ukrayna xalqına göndərilən humanitar yardımların yüksək qiymətləndirildiyini qeyd edib.

Görüş zamanı digər qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə Azərbaycan və Ukrayna xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Samir Şərifov, Ukrayna tərəfindən isə Aleksandr Mişenko rəhbərlik edib.

Tarix
2025.02.20 / 17:21
Müəllif
Axar.az
Digər xəbərlər

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

Bütün etnik qrup və dinlərin nümayəndələri birləşərək...

İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir - Prezident

Bakı və Dehli münasibətləri istiləşir?

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla