Yuxarı

Ödənişli yoldan istifadə edənlər üçün - Yenilik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün “Sürətli Keçid Kartı”nın balansını onlayn artırmaq mümkün olub.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb

Məlumata görə, prosedur aşağıdakı kimidir:

1. www.odenisliyol.az rəsmi internet səhisəsinə daxil olun.

2. "Balans artırma" bölməsini seçin.

3. Qeydiyyat zamanı təqdim edilmiş hesab məlumatlarını daxil edərək sistemə giriş.

4. "Mənim səhifəm" bölməsindən "Etiket vəziyyəti" alt bölməsinə keçid edin.

5. "Balans artırma" bölməsini seçin və bank kartı məlumatlarını daxil edərək ödənişi tamamlayın.

Kartın balansını satış məntəqələrində də artırmaq mümkündür.

Balans artırma və “Sürətli Keçid Kartı”nın satış əməliyyatını yalnız nağdsız şəkildə həyata keçirmək mümkündür.

Xatırladaq ki, “Sürətli Keçid Kartı”nı aşağıdakı satış məntəqələrindən əldə etmək mümkündür:

• Bakı şəhəri üzrə 2, 5, 6, 7 saylı ASAN xidmət mərkəzləri.

• Sumqayıt şəhəri 2 saylı ASAN xidmət mərkəzi.

• Quba ASAN xidmət mərkəzi.

• Yaşma, Giləzi, Siyəzən, Gəndov, Quba, SDK (Xudat) ödəniş-keçid məntəqələri.

“Sürətli Keçid Kartı”nı əldə etmək üçün vətəndaş şəxsiyyət vəsiqəsini və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini təqdim etməlidir.

“Sürətli Keçid Kartı”nın istifadə qaydaları və əlavə məlumatlar üçün www.odenisliyol.az rəsmi internet səhisəsindən tanış olmaq mümkündür.

“Sürətli Keçid Kartı”nın istifadəsi zamanı yaranan çətinlik və ya kart zədələndiyi halda satış məntəqələrinə və ya aidiyyəti ofislərə yaxınlaşmaq lazımdır.

Yaranmış çətinliklərlə bağlı *1009 nömrəli “Qaynar xətt”ə zəng edərək dəstək xidməti almaq olar. Bundan başqa www.odenisliyol.az rəsmi internet səhisəsi üzərindən və ya [email protected] email ünvanına elektron məktubla müraciət etmək də mümkündür.

Tarix
2025.02.18 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Sahibə Qafarova Pakistan Senatının sədri ilə görüşdü

Bayramov Ukrayna XİN rəhbərinin müavinini qəbul etdi

Prezidentdən Rasizadəyə: Atamın etibarlı silahdaşı olmusunuz

Azərbaycana göstərilən yardım kifayət deyil - Bayramov

Azərbaycan rəsmiləri ATƏT PA-nın prezidenti ilə görüşdü

Tramp Zelenskidən bunu istəyir: onu məhv etmək üçün...

İlham Əliyev Qalibafı qəbul etdi - Foto

Trampın Ukrayna razılaşması Qafqaza nə vəd edir?

Ermənistan 10 noyabr bəyanatına qayıtmağı düşünmür

Gənclər və idman nazirinin səlahiyyətləri artırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla