Yuxarı

ABB rəqəmsal bankçılıqda liderdir!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bankların rəqəmsal inkişaf səviyyəsinin müəyyənləşdirilməsi sahəsində dünyanın ən böyük araşdırması olan "Deloitte Digital Banking Maturity 2024" (DBM-2024) hesabatı yayılıb. Müştərilərə ən yaxşı rəqəmsal təcrübə təqdim etməyi əsas strateji hədəflərindən elan etmiş ABB də hesabatın nəticələrinə görə müxtəlif meyarlar əsasında ölkə üzrə lider mövqedə qərarlaşıb.

DBM hesabatlarının hazırlanmasında məqsəd bankların rəqəmsal kanallar üzrə inkişaf səviyyəsini ölçmək, onları qlobal və regional səviyyədə müqayisə etmək, ən yaxşı təcrübələri ortaya çıxarmaqdır.

Araşdırmalarda bankların müştəriyönümlü rəqəmsal strategiyaları, innovativ həll yolları və rəqəmsal xidmətlərdə üstünlük verdikləri əsas trendlər təhlil olunur. Beləliklə, bankların hansı strategiyalarla uğur qazandıqları göstərilir. Eyni zamanda, innovativ texnologiyaların bank sektoruna təsirlərinə diqqət yönəlir.

Araşdırmalar ölkələr və regionlar üzrə böyük, orta, kiçik bankların rəqəmsal təcrübələri əsasında aparılır. Məlumatlar kənar və müstəqil qiymətləndiricilər tərəfindən 1005 funksionallıq üzrə müştəri təcrübələrinə əsaslanan açıq mənbələrdən toplanır. Bu funksionallıqlar həmçinin, bankların rəqəmsal kanallarını, yəni mobil bankçılığı, İnternet Bankçılığı da əhatə edir.

DBM-2024 araşdırması dünyanın 44 ölkəsindən 349 bankı əhatə edib. Bu zaman 6 əsas istiqamət üzrə suallar cavablandırılıb. Bura “Məlumatlılıq, “Hesab açmaq”, “Müştəriyə tanıtım”, “Gündəlik bankçılıq”, “Bankdankənar xidmətlər”, “Hesabın bağlanması” istiqamətləri daxildir.

Bu istiqamətlərin hər biri üzrə toplanmış ümumi ballara əsasən, rəqəmsallaşma sahəsində lider bankların qlobal reytinqi hazırlanıb. ABB də müxtəlif meyarlar üzrə ən yüksək balları toplayaraq ölkə üzrə lider banklar qrupunda qərarlaşıb.

DBM-2024 hesabatı və araşdırmanın ümumi nəticələrini şərh edən məqalə ilə buradan tanış ola bilərsiniz.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Tarix
2025.02.18 / 11:17
Müəllif
Axar.az
Digər xəbərlər

Sahibə Qafarova Pakistan Senatının sədri ilə görüşdü

Bayramov Ukrayna XİN rəhbərinin müavinini qəbul etdi

Prezidentdən Rasizadəyə: Atamın etibarlı silahdaşı olmusunuz

Azərbaycana göstərilən yardım kifayət deyil - Bayramov

Azərbaycan rəsmiləri ATƏT PA-nın prezidenti ilə görüşdü

Tramp Zelenskidən bunu istəyir: onu məhv etmək üçün...

İlham Əliyev Qalibafı qəbul etdi - Foto

Trampın Ukrayna razılaşması Qafqaza nə vəd edir?

Ermənistan 10 noyabr bəyanatına qayıtmağı düşünmür

Gənclər və idman nazirinin səlahiyyətləri artırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla