Yuxarı

BƏƏ prezidenti hərbi məhsullarımıza baxdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 19-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan Əbu-Dabi şəhərində keçirilən “IDEX 2025” Beynəlxalq Müdafiə Sərgisində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin stendini ziyarət edib.

Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, müdafiə sənayesi naziri Vüqar Mustafayev BƏƏ prezidentinə sərgidə nümayiş olunan Azərbaycanın istehsal etdiyi hərbi məhsullar haqqında ətraflı məlumat verib. Dövlət başçısı “IDEX 2025” Beynəlxalq Müdafiə Sərgisində fəal iştirak edən Azərbaycanın nümayəndə heyətinə uğurlar arzulayıb.

Daha sonra İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto Azərbaycan istehsalı olan müdafiə təyinatlı məhsullarla tanış olub. Nazirə yerli məhsullar haqqında geniş məlumat verilib.

Qeyd edək ki, bu gün sərgi çərçivəsində nazir V.Mustafayev BƏƏ-nin müdafiə işləri üzrə dövlət naziri Məhəmməd bin Mübarək Fadel Əl Mazrouei, “EDGE Group” şirkətinin İdarə Heyətinin sədri Faysal Əl Bannai, “Tawazun” şurasının baş katibi Nasser Al Nuaimi və Çin Xalq Respublikasinin “CETC International” şirkətinin rəhbərliyi ilə görüşüb.

Görüşlərdə müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, maraq doğuran məsələlər ərtafında fikir mübadiləsi aparılıb.

“IDEX 2025” Beynəlxalq Müdafiə Sərgisi fevralın 21-dək davam edəcək.

Tarix
2025.02.19 / 17:50
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bizi yarı yolda qoymayan tərəfdaşımızdır - Slutski

XİN Xankəndi Kommunikesi barədə məlumat yaydı

Dağıstan rəhbəri Rusiya və Azərbaycana çağırış etdi

Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Rusiyada bu qurum Azərbaycana müraciət etdi

Sülh sazişi ilə bağlı müzakirələr tamamlanıb - Əmirbəyov

Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir...

Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?

Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla