Yuxarı

Gənc sərhədçilər and içdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevral ayının 21-də Dövlət Sərhəd Xidmətinin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Axar.az xəbər verir ki, mərasimlərdə hərbi rituala uyğun olaraq Döyüş bayrağı sıra meydanına gətirilib.

Daha sonra Azərbaycan Respublikasının dövlət himni ifa olunub, xalqımızın Dahi Öndəri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənc əsgərlər vətənə, xalqa və dövlətə sədaqətlə xidmət edəcəklərinə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə qoruyacaqlarına and içiblər.

Çıxış edənlər sərhədçilərin keçdiyi şanlı döyüş yolundan, Vətən müharibəsində əldə olunan qələbədən və postmüharibə dövründə sərhədlərimizin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs ediblər.

Bildirilmişdir ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın hərbi qüdrəti daha da artır, sərhədlərimizin təhlükəsizliyi yüksək səviyyədə təmin olunur və Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti bu şərəfli vəzifənin məsuliyyətini dərk edərək üzərinə düşən missiyanı yüksək peşəkarlıqla icra edir.

Valideynlər çıxış edərək övladlarının məhz belə şərəfli vəzifəni yerinə yetirməsindən qürur duyduqlarını bildirib, yaradılan şəraitə görə dövlət başçımıza və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Sonda əsgərlər tərəfindən təntənəli keçid olmuş, xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

Tarix
2025.02.24 / 14:13
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan NATO-ya bağlı bu mərkəzə qoşuldu

Şahbaz Şərif bu tarixdə Şuşaya gedəcək

Əliyevlə Şahbaz Şərifin geniş tərkibdə görüşü oldu

Marsel de Vink Azərbaycanda səfərdədir

Şahbaz Şərif Bakıda Zəfər parkını ziyarət etdi

Pakistanla imzalanmış sənədlərin mübadiləsi mərasimi...

Ərdoğan Lavrovu qəbul edəcək: əsas müzakirə budur

Əliyevlə Şahbaz Şərif mətbuata bəyanatla çıxış edir

Ermənistanla sərhəddə əməliyyat şəraiti təhlil edildi

İlham Əliyev Estoniya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla