Yuxarı

18-20 yaşlı gənclər evdə qalsın, şagirdlər məktəbə getsin...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarlı və şaxtalı havada orta məktəblərdə dərslərin distant olacağı deyilsə də, bu, baş vermədi. Əksinə, universitetlərdə müvəqqəti olaraq dərslər distant rejimə keçirildi. Orta məktəblərdə analoji qərar verilmədi. Bu, ciddi narazılıq yaratdı, tənqid edildi.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, yaşı 18-dən yuxarı olan tələbələrə güzəşt olunduğu halda, soyuq havada 8-10 yaşlı şagirdlərə dərslərə gəlmək tələbi qoyulur.

Ekspertlər bildirirlər ki, yolların buz bağladığı, havanın şaxtalı olduğu zamanda dərsə getməyin heç bir təhsil yönümlü əsası yoxdur. Əgər ali təhsil müəssisələri onlayn qaydada işləyə bilirsə, bunu məktəblər üçün də tətbiq etmək mümkündür.

Qeyd edək ki, etirazlara baxmayaraq, Elm və Təhsil Nazirliyi fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesinin ənənəvi qaydada davam etdiriləcəyini açıqlayıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sektor müdiri Pərviz Əliyev isə deyib ki, bu məsələ universitetlərin daxili qaydaları ilə nizamlanır:

“Onlar dərslərin hansı formada keçirilməsinə qərar verə bilərlər. Lakin məktəblərdə bu, bir qədər fərqlidir”.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 24-dən 25-nə keçən gecə ölkə ərazisində soyuq dövrün ən aşağı temperaturu qeydə alınacaq. Bakıda və Abşeron yarımadasında 5-8 dərəcə, Aran rayonlarında 4-9 dərəcə şaxta, dağlıq rayonlarda isə 13-18 dərəcə, yüksək dağlıq ərazilərdə isə 20-25 dərəcə şaxta gözlənilir. Yollar buz bağlayacaq.

Tarix
2025.02.24 / 14:27
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirildi

Şahbaz Şərif İlham Əliyevi Pakistana dəvət etdi

Bakıdan Fransanın Ermənistandakı səfirinə cavab

Azərbaycan NATO-ya bağlı bu mərkəzə qoşuldu

Şahbaz Şərif bu tarixdə Şuşaya gedəcək

Əliyevlə Şahbaz Şərifin geniş tərkibdə görüşü oldu

Marsel de Vink Azərbaycanda səfərdədir

Şahbaz Şərif Bakıda Zəfər parkını ziyarət etdi

Pakistanla imzalanmış sənədlərin mübadiləsi mərasimi...

Ərdoğan Lavrovu qəbul edəcək: əsas müzakirə budur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla