Yuxarı

Şahbaz Şərif Bakıda Zəfər parkını ziyarət etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dövlət səfərində olan Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 24-də Bakıda Zəfər parkını ziyarət edib.

Axar.az xəbər verir ki, Pakistanın Baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi.

Bildirildi ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.

Tarix
2025.02.24 / 13:24
Müəllif
Axar.az
Digər xəbərlər

Şahbaz Şərif bu tarixdə Şuşaya gedəcək

Əliyevlə Şahbaz Şərifin geniş tərkibdə görüşü oldu

Marsel de Vink Azərbaycanda səfərdədir

Pakistanla imzalanmış sənədlərin mübadiləsi mərasimi...

Ərdoğan Lavrovu qəbul edəcək: əsas müzakirə budur

Əliyevlə Şahbaz Şərif mətbuata bəyanatla çıxış edir

Ermənistanla sərhəddə əməliyyat şəraiti təhlil edildi

İlham Əliyev Estoniya prezidentini təbrik etdi

"Amerikanın səsi"nin müxbir akkreditasiyası ləğv edildi

Xocalı dirçəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla