Yuxarı

Erməni generaldan Xocalı soyqırımı ilə bağlı şok etiraf - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni generaldan Xocalı soyqırımı ilə bağlı şok etiraf - Video

Gürcü blogerin erməni general Levon Minasyanla videomüsahibəsi sosial mediada böyük əks-səda doğurub.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, Minasyan 1992-ci il fevralın 26-da Xocalıda törətdikləri qətliamla bağlı qan donduran etiraflar edib.

106-sı qadın, 70-i qoca və 63-ü uşaq olmaqla, 613 nəfərin qətlə yetirildiyi soyqırımla bağlı bloger “Xocalıda idiniz?” sualını verib.

Minasyan isə cavabında “fəxr”lə “Xocalı mənim işimdir. Orada çox sayda azərbaycanlını öldürmüşəm. Neçə nəfəri öldürdüyümü xatırlamıram belə” deyib.

Bloger bu cavabdan şoka düşüb. Minasyan, “Bu işlər belə olur. Xoşbəxtliyin nə olduğunu bilirsiniz?” sözləri ilə davam edib.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edib. Bu, Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı baş vermiş soyqırımdır. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Tarix
2025.02.24 / 16:31
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlik bu universiteti cərimələdi

Bu saziş regionda sülhün təməl daşıdır - Boçorişvili

Gələn il Ermənistanla sülh sazişi bağlanacaq - Əmirbəyov

Türkiyə ilə sərhədlərin açılması... - Mirzoyan

Merz İlham Əliyevi Almaniyaya dəvət etdi

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

Erməni kilsəsi dağıdıcı təbliğat aparır - Şeyx

Almaniya kansleri İlham Əliyevə zəng etdi

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

Avropa Birliyi bundan sonra Bakı və İrəvana... - Kallas

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla