Yuxarı

Bakıda əməliyyat: saxlanılanlar var - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsimi rayonunda 20 kq narkotik dövriyyədən çıxarılıb.

Axar.az DİN-ə istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Son əməliyyatla əvvəllər məhkum olunmuş 32 yaşlı Ərşad Nağıyev saxlanılıb. Onun üzərindən 2 kiloqramdan artıq tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və həşiş aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini və satışını həyata keçirmək niyyətində olduğunu bildirib.

İdarə əməkdaşları tərəfindən cari ilin əvvəlindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə əlaqədar ümumilikdə 61 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən 20 kiloqram narkotik vasitə və psixotrop maddə götürülüb.

Saxlanılanlardan 15-nin rayon ərazisindəki ayrı-ayrı yerlərdə narkotiklərin satışını təşkil etdikləri də müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Polis əməkdaşları tərəfindən narkotiklərə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Tarix
2025.02.24 / 17:25
Müəllif
Axar.az
Digər xəbərlər

Məmmədov Cenevrədə Mirzoyana bu sözlərlə cavab verdi

İlham Əliyevin adından Şərifin şərəfinə ziyafət verildi

Bayramov Vinki qəbul etdi: Siyasi məsləhətləşmə...

Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirildi

Şahbaz Şərif İlham Əliyevi Pakistana dəvət etdi

Bakıdan Fransanın Ermənistandakı səfirinə cavab

Azərbaycan NATO-ya bağlı bu mərkəzə qoşuldu

Şahbaz Şərif bu tarixdə Şuşaya gedəcək

Əliyevlə Şahbaz Şərifin geniş tərkibdə görüşü oldu

Marsel de Vink Azərbaycanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla