Yuxarı

Yollar buz bağlayacaq: DYP-dən xəbərdarlıq...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Dövlət Yol Polisi İdarəsi buzlaşmış yollarda yarana biləcək fəsadlarla bağlı piyadalara xəbərdarlıq edib.

Bu barədə Axar.az-a idarədən məlumat verilib.

Bildirilib ki, bu gün günün birinci yarısı havanın temperaturunun nisbətən yüksəlməsi səbəbindən yollarda qar-buz örtüyünün bir qədər əriməsi müşayiət olundu. Lakin axşama doğru temperaturun mənfiyə doğru dəyişməsi ilə ərimiş su kütləsinin yenidən donması və yolların buzlaşması gözlənilir.

Baş Dövlət Yol Polisi İdarəsi şaxtalı havada xüsusilə külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə sürüşmə ehtimalının dəfələrlə artacağını nəzərə alaraq, sürücülərdən səfərlərini mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, zəruri ehtiyat tədbirləri görməyi, qış mövsümünə uyğun təchiz edilməmiş nəqliyyat vasitələri ilə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir.

Qarlı, buzlu yollarda sürüşmə ehtimalını nəzərə alaraq, piyadalara da ehtiyatlı olmaq, yolun hərəkət hissəsinə çıxmamaq, təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur.

Tarix
2025.02.24 / 16:55
Müəllif
Axar.az
Digər xəbərlər

Məmmədov Cenevrədə Mirzoyana bu sözlərlə cavab verdi

İlham Əliyevin adından Şərifin şərəfinə ziyafət verildi

Bayramov Vinki qəbul etdi: Siyasi məsləhətləşmə...

Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirildi

Şahbaz Şərif İlham Əliyevi Pakistana dəvət etdi

Bakıdan Fransanın Ermənistandakı səfirinə cavab

Azərbaycan NATO-ya bağlı bu mərkəzə qoşuldu

Şahbaz Şərif bu tarixdə Şuşaya gedəcək

Əliyevlə Şahbaz Şərifin geniş tərkibdə görüşü oldu

Marsel de Vink Azərbaycanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla