Yuxarı

"Qobu park"da yanğın: təxliyə edilənlər var - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qobu park"da yanğın: təxliyə edilənlər var - Video

18:37

“Qobu Park”da yanğın olub, 7 nəfər təxliyə edilib.

Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Qobu Park” yaşayış kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində onmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən qonşu mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 3-ü azyaşlı olmaqla 7 nəfər bina sakini təxliyə edilib.

Yanğın nəticəsində ümumi sahəsi 55 kv.m. olan üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyalar 8 kv.m. sahədə yanıb.

Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Tarix
2025.02.24 / 18:49
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

Bütün etnik qrup və dinlərin nümayəndələri birləşərək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla