Yuxarı

İnsan şüurunu "o biri dünya"ya aparan maddə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnsan şüurunu "o biri dünya"ya aparan maddə...

Son araşdırmalara görə, DMT (N,N-Dimetiltriptamin) adlı psixodelik nörokimyəvi maddə insan beynində ölümə yaxın anlarda ifraz olunur və canlı hallüsinasiya təcrübələrinə səbəb ola bilər.

Axar.az Qaynarinfo-a istinadən xəbər verir ki, Londondakı İmperial Kolleci tədqiqatçıları bu maddənin insan şüurunu "o biri dünyaya" aparan bir vasitə ola biləcəyini müəyyən ediblər. DMT bitkilərdə, heyvanlarda və hətta insan beynində təbii olaraq mövcuddur.

Ölümdən qayıdan insanların təcrübələri

Kliniki ölüm keçirən, komadan çıxan və ya ürəyi dayandıqdan sonra yenidən işləyən bir çox insan ölmüş yaxınları ilə qarşılaşdıqlarını, cənnəti gördüklərini və ya Tanrının səsini eşitdiklərini bildirir.

Londondakı Qrinviç Universitetinin psixologiya üzrə dosenti David Luk ölüm anında beyində DMT-nin yüksək səviyyədə ifraz edildiyinə dair bəzi sübutların olduğunu qeyd edir.

Bu fenomen heyvanlar üzərində aparılan tədqiqatlarda da müşahidə olunub. Məsələn, siçanlarla aparılan təcrübələr göstərib ki, onların beyni bu psixoaktiv nörokimyəvi maddəni ifraz edir və ölüm anından dərhal əvvəl DMT səviyyəsi kəskin şəkildə yüksəlir.

DMT və ölüm təcrübələri arasındakı əlaqə araşdırılır

Bu tədqiqatlar insanların ölümə yaxın anlarda gördüyü vizualları və yaşadığı hallüsinasiya təcrübələrinin həqiqətən DMT ilə əlaqəli olub-olmadığını anlamaq üçün daha geniş miqyaslı araşdırmalara ehtiyac olduğunu göstərir.

Bu kəşf insan şüurunun ölüm anında necə dəyişdiyini və mistik təcrübələrin nevrobioloji əsaslarını daha dərindən başa düşməyə kömək edə bilər.

Tarix
2025.02.25 / 01:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

Erməni kilsəsi dağıdıcı təbliğat aparır - Şeyx

Almaniya kansleri İlham Əliyevə zəng etdi

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

Avropa Birliyi bundan sonra Bakı və İrəvana... - Kallas

Petrosyan Paşinyana Qarabağla bağlı 3 məsləhəti verib

Azərbaycan və Britaniya hərbi əməkdaşlığı müzakirə etdi

Azərbaycan və Ermənistan ən dinc dövrü yaşayır - Nazir

Bayramov Vyanada "Tramp marşrutu"ndan danışdı

İrəvan danışıqlara dair sənədləri yaydı - Rusiyadan etiraz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla