Yuxarı

Yolların buz bağlaması: DYP-dən müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yollarda gizli buzlanma ehtimalına qarşı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə idarə məlumat yayıb.

Müraciətdə sürücülər müəyyən edilmiş sürət həddinə ciddi riayət etməyə, hərəkət zamanı ara məsafəsini düzgün seçməyə və təhlükəli manevrlərdən çəkinməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini düşünməyə çağırılıb:

"Son günlər ölkəmizdə müşahidə olunan şaxtalı hava şəraiti yollarda gizli buzlanma ehtimalını artırır. Belə vəziyyətdə sürücülər tərəfindən yolun vəziyyəti düzgün qiymətləndirilmir və bu hal yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

Xüsusilə sürət həddinin aşılması və düzgün ara məsafəsi saxlanılmaması qəza riskini artıran əsas səbəblərdəndir.

Unutmaq olmaz ki, yüksək sürətlə hərəkət edən avtomobilin dayanma məsafəsi artır, bu isə qəfil maneələr qarşısında sürücünün nəzarəti itirməsinə və ağır nəticələrə səbəb ola bilir".

Tarix
2025.02.25 / 11:47
Müəllif
Axar.az
Digər xəbərlər

Pakistanla diplomatik əlaqələrimiz belə qurulub - Deputat

Nazir elan etdi: Azərbaycan Pakistandan bu qırıcıları alır

Bunu Sovet İttifaqı uydurub, Dəmirçyan isə təbliğ edib...

Sərhəddə insident AB sayəsində azaldı - Simonyan

Xocalı Soyqırımı Memorial Kompleksi yaradılır

Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı

İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”…

İranda Azərbaycan səfirinin paylaşımına aqressiv reaksiya

Prezident Küveyt əmirinə məktub göndərdi

Nikol Qərbi Azərbaycan İcması ilə dialoqa nə vaxt başlayır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla