Yuxarı

Ərdoğan və Putinin xahişi ilə qərar? - Tramp təkzib etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan və Putinin xahişi ilə qərar? - Tramp təkzib etdi

ABŞ Prezidenti Donald Tramp Amerika ordusunun Rusiya və Türkiyənin tələbi ilə Yunanıstandakı hərbi bazanı tərk etməyi planlaşdırması haqda xəbərləri təkzib edib.

Axar.az xəbər verir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Trampdan sözügedən məlumatı şərh etməsini istədikdə o, zalda olan ABŞ Dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqsetə müraciət edib.

“Bu belə deyil”, – Pentaqon rəhbəri təfərrüata varmadan bildirib.

Daha sonra Tramp jurnalistlərə, “Bu, yanlış məlumatdır” deyə vurğulayıb.

Qeyd edək ki, Yunanıstanın “Demokratiya” qəzeti Trampın Türkiyə və Rusiya liderlərinin xahişi ilə Dədağacdakı (Aleksandrupolis) hərbi bazanın fəaliyyətinin dayandırılması haqda göstəriş verdiyini yazmışdı.

Tarix
2025.02.25 / 13:54
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla