Yuxarı

Ağdama 20 min əhali köçürüləcək - Hüseynov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il ərzində Ağdam şəhərinin ətrafında olan 3 kənd və Ağdam şəhərinin özünə 10 minə yaxın əhalinin köçürülməsi nəzərdə tutulub.

Axar.az xəbər verir ki, bunu bu gün Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, ümumilikdə gələn il nəzərdə tutulan 5 məhəllədən 4-cü köçə start verməklə, Ağdam şəhərinə 20 mindən çox əhalinin köçürülməsi nəzərdə tutulur:

“Biz belə planlaşdırırıq ki, gələn ilin, yəni 2026-cı ilin sonuna qədər Dövlət Proqramında nəzərdə tutulmuş bütün layihələr tam icra olunacaqdır. Bu il ərzində Ağdam rayonuna, yəni Ağdamın şəhərin ətrafında olan üç kənd və Ağdam şəhərinin özünə 10 minə yaxın əhali köçürülməsi nəzərdə tutulur. Ümumilikdə isə biz gələn il nəzərdə tutulan beş məhəllədən dördüncü köçə start verməklə, bu işi yekunlaşdırmaqla Ağdam şəhərinə 20 mindən çox əhalinin köçürülməsini nəzərdə tuturuq”.

Tarix
2025.02.26 / 10:32
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev Ərdoğana zəng etdi

Fidandan Xocalı soyqırımı barədə açıqlama

İran parlamenti Azərbaycan dili ilə bağlı qərar verdi

Ərdoğan Xocalı qurbanlarını belə yad etdi

Fransa səfirliyi Xocalı faciəsi ilə bağlı başsağlığı verdi

İrəvan bu tələbdən imtina etdi: “alternativ güzəşt” təklifi...

Bayraqdardan Xocalı qətliamı ilə bağlı paylaşım

Ermənilərin Xocalıya ilk hücumu: 1988, sentyabr - Video

Prezident və xanımı Xocalı soyqırımı abidəsini ziyarət etdi

Türkiyənin yeni səfirindən Xocalı faciəsi ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla