Yuxarı

10 tələbə "Azercell"dən təqaüd qazandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
10 tələbə "Azercell"dən təqaüd qazandı

"Azercell" "Parlaq gələcəyə yaxın ol!" şüarı ilə həyata keçirilən “Tələbə Təqaüdü 2025” proqramının qaliblərini təbrik edib. Şirkət daha 10 tələbəyə təhsil müddətinin sonunadək hər ay təqaüd ayıracaq.

Seçim prosesi boyunca Azercell nümayəndələri həmçinin bir sıra universitetlərdə tələbələrlə görüş keçirib, şirkətin təqaüd və karyera imkanları barədə məlumat veriblər. Proqrama ölkənin müxtəlif ali məktəblərindən 450 tələbə müraciət edib. Namizədlər beş mərhələli seçim çərçivəsində yazılı tapşırıqlar, elmi potensialın qiymətləndirilməsi və müsahibələr əsasında dəyərləndirilib.

Bu il təqaüd proqramında Kibertəhlükəsizlik, Data Elmləri, Süni İntellekt, Radiotexnika və Telekommunikasiya mühəndisliyi, İnformasiya Texnologiyaları ixtisasları üzrə təhsil alan tələbələr fərqləniblər.

Təqaüdlə yanaşı, qaliblər həmçinin Azercell-də təcrübə keçmək, peşəkar inkişafını gücləndirmək üçün müxtəlif təlimlərdə iştirak etmək, şirkətin korporativ tədbirlərinə qatılmaq və telekommunikasiya sahəsində biliklərini artırmaq imkanı da əldə edəcəklər.

Qeyd edək ki, istedadlı gənclərə daima dəstək olan Azercell 16 il ərzində 300-dən çox tələbəyə təqaüd ayırıb.

Tarix
2025.02.27 / 13:21
Müəllif
Axar.az
Digər xəbərlər

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla