Yuxarı

Kadırov cəsarətləndi: AZAL-ın sağ qalan heyəti ilə bağlı...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kadırov cəsarətləndi: AZAL-ın sağ qalan heyəti ilə bağlı...

Çeçenistan rəhbəri Ramzan Kadırov 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL-a məxsus "Embraer E190" sərnişin təyyarəsinin ekipaj üzvlərini “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalları ilə təltif edib.

Axar.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri özünün sosial şəbəkə hesabında yazıb.

"Dostlar! Ötən ilin dekabrında Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan Azərbaycan Hava Yollarının “Embraer E190” sərnişin təyyarəsinin sağ qalan ekipaj üzvlərini mükafatlandırmaq qərarına gəldim. Fövqəladə cəsarət və yüksək peşəkarlıq nümayiş etdirən heyət üzvləri Zülfüqar Əsədov və Aydan Rəhimli “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” mükafatına təqdim edilib", - Kadırov yazıb.

O bildirib, Qroznıda təyyarə qəzasında həlak olanların xatirəsinə xatirə lövhəsi də qoyulacaq.

Qeyd edək ki, 25 dekabr 2024-cü ildə Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarə Qroznı səmasında Rusiyanın havadan müdafiə sisteminin ("Pantsir") hücumuna məruz qalıb və ciddi zədələnib. Qroznı və yaxın hava limanlarında enişinə izn verilmədiyindən təyyarə Qazaxıstana istiqamət alıb və Aktau yaxınlığında ciddi zədələnməsi səbəbindən qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i (o cümlədən 3 heyət üzvü) ölüb, 29 nəfər sağ qalıb.

Tarix
2025.02.27 / 21:10
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Mirzoyan azərbaycanlılara çağırış etdi: Bizə dəstək olun!

Burdayam, hazırlıq gedir... - Gültəkin Hacıbəyli

Güneydən 183 yazarın Bakıya etirazı - O, təmsilçimiz ola bilməz!

Azərbaycanlı aparıcı ermənini efirdə susdurdu - Video

Əliyənnağı Hüseynov Təbrizdən geri çağırıldı

“Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir

Kamran Əliyev ABŞ-da

Ohanyanın ölkədən çıxışına qoyulan qadağa ləğv edildi

Prezidentin geri çağırdığı səfirə yeni vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla