Yuxarı

“AzerGold” Daşkəsəndə tədbir keçirdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“AzerGold” Daşkəsəndə tədbir keçirdi - Foto

“AzerGold” QSC-nin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş “Mülki müdafiə əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.

Axar.az xəbər verir ki, mülki müdafiə tədbirlərinin planlaşdırılması, vaxtında və keyfiyyətlə icra edilməsi, bu sahədə risklərin azaldılması məqsədilə təşkil edilən tədbir interaktiv formatda, nəzəri və praktiki hissələrdən ibarət olub.

Tədbir çərçivəsində əvvəlcə Daşkəsən Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsi, Dövlət Yanğından Mühafizə Xidmətinin Daşkəsən Rayon Yanğından Mühafizə Hissəsi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Daşkəsən rayon bölməsinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Görüşdə “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədrin müavini, QSC-nin Fövqəladə hallar komissiyasının sədri Xəyyam Fərzəliyev mülki müdafiə sahəsində əməkdaşların məlumatlılığının artırılması, fövqəladə vəziyyətlərə hazırlığının davamlı olaraq yoxlanılması və daha da yaxşılaşdırılması məqsədilə sistemli şəkildə icra edilən tədbirlər barədə məlumat verib.

Qeyd olunub ki, Səhmdar Cəmiyyəti istehsalat prosesi zamanı təhlükəsizliyin təmin edilməsini, insan amilinin daima ön planda tutulmasını fəaliyyətinin başlıca prinsipi kimi müəyyən edib.

Bildirilib ki, yanğın və digər fövqəladə hallara qarşı preventiv tədbirlər çərçivəsində dövri olaraq aidiyyəti dövlət qurumlarının dəstəyi ilə təlim-məşq toplanışları təşkil edilir, əməkdaşların mülki müdafiə ilə bağlı davamlı maarifləndirilməsi təmin edilir.

Ötən dövrlər həyata keçirilmiş sistemli tədbirlər nəticəsində istehsalat fəaliyyəti tam xəsarətsiz davam etdirilib, beləliklə, Səhmdar Cəmiyyətinin xəsarətsiz ötüşən iş saatları 6 milyon saata çatıb.

Müzakirə formatında davam edən görüşdən sonra işçi heyətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə istifadə edilən mülki müdafiə, yanğından mühafizə və digər texniki təhlükəsizlik vasitələri nümayiş etdirilib.

Daha sonra təlim-məşq toplanışı çərçivəsində dağ şəraitində yanğın və qəza-xilasetmə işlərinin aparılması sahəsində texniki təhlükəsizlik qaydalarına dair təlim keçirilib, mürəkkəb relyefli ərazidə yanğının söndürülməsi və təxliyyə prosesinin simulyasiyası təşkil edilib.

Tədbirdə iştirak edən müvafiq qurum və təşkilatların nümayəndələri QSC tərəfindən mülki müdafiə sahəsi üzrə həyata keçirilən tədbirləri müsbət qiymətləndiriblər.

Tarix
2025.03.01 / 12:03
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda dördüncü görüşün keçirilməsi... - Koçinyan

Yeddi aya yağan yağış iki gündə yağdı - Video

Nifrət nə qədər az olarsa, Bakı ilə sülhə aparan yol... - Aratyan

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Hikmət Hacıyev Ermənistan nümayəndələri ilə görüşdü

Azərbaycan Ermənistana 887 ton dizel göndərdi

İslamabadda kim güzəştə gedəcək: İran, yoxsa ABŞ?

İlham Əliyev Tiflisdə xatirə kitabına nələr yazıb? - Video

Azərbaycanla bağlı iddialar əsassızdır - İordaniya

Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla