Yuxarı

Prezident bu şirkətlərin rəhbərlərini qəbul etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Rusiyanın “Tatneft” şirkətinin baş direktoru Nail Maqanovu, Qazaxıstanın “KazMunayQaz” şirkətinin idarə heyətinin sədri Asxat Xassenovu və Özbəkistanın “Uzbeknefteqaz” şirkətinin idarə heyətinin sədri Baxodirjon Sidikovu qəbul edib.

Axar.az xəbər verir ki, dövlətimizin başçısı bu gün çoxtərəfli əməkdaşlığın yeni mərhələsinin başlandığını deyərək, bunun üçün hazırlıq işlərinin uğurla aparıldığını vurğuladı. Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistanın neft sirkətləri arasında çox sıx istehsalat münasibətlərinin artıq qurulduğunu məmnunluqla qeyd edən Prezident İlham Əliyev ikitərəfli formatda bir sıra layihələrin həyata keçirildiyini dedi, bu xüsusda səyləri birləşdirməyin önəminə toxundu.

Dövlətimizin başçısı birgə istehsal və dost ölkələrə sifarişlərin həyata keçirilməsi baxımından da dördtərəfli əməkdaşlığın rolunu qeyd etdi.

Söhbət zamanı yeni yaradılan əməkdaşlıq formatının perspektivləri barədə fikir mübadiləsi aparıldı, onun ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin daha da genişlənməsi işinə töhfə verəcəyinə ümidvarlıq ifadə olundu. Vurğulandı ki, bu format çərçivəsində şirkətlər arasında fövqəladə halların aradan qaldırılması və birgə reaksiya qruplarının yaradılması, rəqəmsal texnologiyalar və proqram təminatı sahələrində işlərin optimallaşdırılması, müştərək satınalmaların təşkili, habelə müxtəlif sənaye sahələrinin inkişafı üzrə əməkdaşlıq nəzərdə tutulur.

Qeyd edildi ki, bu yeni əməkdaşlıq formatı digər xarici şirkətlərin qoşulması üçün də açıqdır.

Tarix
2025.03.04 / 10:56
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Maldiv liderini təbrik etdi

İran Qarabağın işğalında Ermənistana necə dəstək verib? - Etiraf

Ermənistan sərhədində nüvə təhlükəsi: Partlayış xəbərdarlığı

"Mübariz İbrahimov" gəmisi miqrantları xilas etdi - Foto

İsgəndər Xəlilovun ofisinə hücum: Milyarder Bakıya gəldi – Təcili

İran qorxur, Türkiyə xəyal edir: Zəngəzura xoş gəldiniz – ABŞ nəşri

Hakan Fidan Ceyhun Bayramovla danışdı

Nazirlik növbəti dəfə hərrac keçirdi

Azərbaycanlı iş adamı təkzib etdi, OMON axtarış aparmayıb

Qarabağdakı yanğınla bağlı polisə konkret tapşırıqlar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla