Yuxarı

Bu müavinətlər artırıldı - Yeni məbləğlər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu müavinətlər artırıldı - Yeni məbləğlər

2025-ci ildə icrasına başlanılan sosial paket çərçivəsində artıq bir sıra müavinətlərdə artım reallaşıb. Bu artımlar bu ildən etibarən minimum əmək haqqı məbləğinin dəyişməsi ilə bağlıdır. Belə ki, Azərbaycanda bəzi sosial müavinətlərin məbləği minimum əmək haqqı ilə birbaşa bağlıdır. Bu baxımdan, minimum əmək haqqındakı dəyişiklik onların məbləğində artımlarla müşahidə olunur.

Axar.az xəbər verir ki, bu sözləri deputat, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

"Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə müavinətin məbləği minimum əmək haqqının 4 misili həcmindədir. Bu o deməkdir ki, həmin müavinətin məbləği artıq 1380 manatdan 1600 manatadək (400 manat X 4) yüksəlib.

Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətlər də minimum əmək haqqı məbləğinə uyğun olaraq artırılıb. Belə ki, peşə əmək qabiliyyəti itirildikdə - minimum aylıq əmək haqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq) ödənilir. Məsələn, peşə əmək qabiliyyətinin itirmə faizi 80 faizdirsə, o zaman həmin aylıq müavinətin məbləği 276 manatdan 320 manatadək artırılıb.

Belə hallarda dünyasının dəyişənlərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin məbləği isə 345 manatdan 400 manata çatdırılıb.

Artımın baş verdiyi digər ödəniş dəfn üçün müavinətdir. Belə ki, əmək pensiyaçıları vəfat etdikdə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində ödəniş edilir. Bu o deməkdir ki, pensiyaçı vəfat etdikdə dəfn üçün müavinət gələn ay 840 (280 manat X 3) manatdan 960 (320 manat X 3) manata yüksəlib.

Minimum əmək haqqı ilə bağlılığı olmayan bir sıra sosial müavinət və təqaüdlərdəki artımlarla bağlı da yaxın zamanlarda qərarlar veriləcək. Dövlət başçısı tərəfindən sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib. Nazirlər Kabineti tərəfindən artıq bu istiqamətdə təkliflərin hazırlanması həyata keçirilir. Təkliflərin hazırlanması, maliyyə əsaslandırılmasının aparılması başa çatdıqdan sonra bu istiqamətdə artımlar reallaşacaq. Nazirlər Kabineti tərəfindən təkliflər bu ayın ikinci yarısı təqdim olunacaq", - millət vəkili vurğulayıb.

Tarix
2025.03.05 / 10:31
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev bu qurumların rəhbərlərini qəbul etdi

Bu ölkədə "ASAN xidmət" modelinin tətbiqinə dəstək veriləcək

Erməni separatçılarının Bakıda məhkəməsi keçirildi

Azərbaycan axtarışda olan iki nəfəri bu ölkəyə təhvil verdi

Baş nazir bu əsasnaməni təsdiq etdi

Əli Əsədov iclas keçirdi

Ermənistana propan və gübrə göndərildi

İlham Əliyevə bu məlumatı verdim - Bayraqdar

Kreml Türkiyəni bu cür hədələdi – Nə baş verir?

ABŞ İranda elə yerlərə zərbə endirdi ki...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla