Yuxarı

"Bakcell" xanım jurnalistləri təbrik etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bakcell" xanım jurnalistləri təbrik etdi - Foto

İnnovasiya və sürət lideri “Bakcell” jurnalist xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Şirkət 30-dan çox media nümayəndəsini bir araya toplayaraq, səmimi və qeyri-rəsmi görüş təşkil edib.

Görüşdə “Bakcell”in Korporativ Kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova media sahəsində peşəkarlığı, obyektivliyi və şəffaf informasiyanın yayılmasını təşviq edən bütün xanımları təbrik edərək bildirib:

"Qadınların cəmiyyətdəki rolu və uğurları bizi ilhamlandırır. “Bakcell” olaraq biz qadınların peşəkar və şəxsi inkişafına dəstək verməyi prioritet hesab edirik. Onların potensialını reallaşdırması, yeni imkanlar qazanması və öz bacarıqlarını daha da inkişaf etdirməsi üçün daim yanlarında olmağa hazırıq".

Həmçinin tədbirdə xanımlar üçün floristika üzrə master klass keçirilib. Onlar güllərlə kompozisiya qurmağın incəliklərini öyrənib, öz unikal buketlərini hazırlayaraq kreativ yanaşmalarını nümayiş etdiriblər.

Qeyd edək ki, “Bakcell” yarandığı gündən media nümayəndələri ilə sıx əməkdaşlıq edərək, onların fəaliyyətini dəstəkləməyə və jurnalistlərin peşəkar inkişafına töhfə verməyə davam edir.

Tarix
2025.03.06 / 20:23
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla