Yuxarı

Bakıda bu mikrorayon tamamilə sökülür

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu mikrorayon tamamilə sökülür

Bakıda bəzi ərazilərdəki binalar plana düşsə də, sökülməsi istiqamətində iş getmir. Hətta bir sıra vətəndaşlar yaşadıqları yerin plana düşməsini istəyir və gələcəklərini buna uyğunlaşdırırlar. Proses niyə ləngiyir?

Axar.az xəbər verir ki, əmlak məsələləri üzrə eskpert Elnur Azadov Globalinfo.az-a açıqlamasında bunun birbaşa Bakının Baş Planı ilə bağlı olduğunu bildirib.

“Paytaxtda bəzi yerlər sökülsə də, digərləri ilə bağlı hələ addım atılmayıb. Ümumiyyətlə, 2017-ci ilə kimi proseslər qismən xaotik baş verirdi. Çünki bu sahəyə ciddi nəzarət yox idi. Hansısa şəxs və ya iş adamı bina tikmək fikrində idisə, buna istədiyi kimi yanaşırdı. Lakin 2018-ci ildən etibarən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə səlahiyyət verildi. Onlar bu işə beynəlxalq şirkətləri cəlb etdilər. Alman və fransız şirkətləri tender qalibləri oldular. Artıq Bakının Baş Planını hazırlayıb 2023-cü ilin dekabr ayında ictimaiyyətə təqdim etdilər. Söküntü prosesləri isə həmin planda əks olunub. Həmçinin köhnəlmiş yaşayış fondu var. “Sovetski”, “Kubinka” adlanan ərazilərdə, Yasamalda özbaşına tikililər olub və ya Sovet hökuməti vaxtında əsasları qoyulub. Onların söküntüsü ayrıca böyük məsələdir”, - o deyib.

Ekspertin fikrincə, sökülməsi gözlənilən 3-5 mərtəbəli binaların arasında qəzalı və qismən qəzalı mənzillər də var:

“İstismar müddəti bitmiş və qismən qəzalı binaların sayı mindən çoxdur. Onlardan əksəri 1-ci mikrorayondur. Bura Nazirlər Kabinetinin 83 saylı qərarı ilə 2017-ci ildən qismən qəzalı hesab olunur. Pilot olaraq həmin mikrorayonun bütöv sökülməsi planda var. Lakin dövlətin resursları buna çatmır və hamısını icra edə bilməz. Tikinti şirkətlərinin isə Sovet hökuməti dövründə 50-70 il ərzində ərsəyə gəlmiş binaları qısa zaman ərzində yeniləməsinə gücü çatmaz”.

Tarix
2025.03.07 / 10:33
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Cəmil Əliyevlə bağlı sərəncam

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla