Yuxarı

“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd etdi

“Nar” 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanım jurnalistlər üçün xüsusi bir tədbir təşkil edib.

Axar.az xəbər verir ki, media nümayəndələri üçün təşkil olunan gil sənətkarlığı master-klassında iştirakçılar öz baxışlarını sənətə çevirməklə fərqli sənət əsərləri hazırlayıblar.

Tədbirin məqsədi jurnalistlər üçün yaradıcı bir mühit yaratmaq, onları gündəlik iş rejimindən ayıraraq sənətin və incəsənətin ilhamverici gücündən faydalanmalarına şərait yaratmaq olub. “Nar” bu təşəbbüslə media nümayəndələrinin yaradıcı potensialını dəstəkləməklə yanaşı, eyni zamanda onların bu xüsusi gününü özünəməxsus bir tərzdə təbrik edib.

“Nar” hər zaman medianın inkişafına töhfə verməyə, jurnalistlərin peşəkar fəaliyyətini dəstəkləməyə önəm verir və bu istiqamətdə müxtəlif təşəbbüsləri davam etdirir. Mobil operatorun həyata keçirdiyi bütün sosial layihələr haqqında nar.az saytından ətraflı məlumat əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Tarix
2025.03.07 / 22:12
Müəllif
Axar.az
Digər xəbərlər

Milli Məclisin iclası başladı

Rusiya Azərbaycanın təklifini dəstəklədi

Bu ölkə Ermənistanı daim silahlandıracaq

Şəhid Müşfiq Abbasovun vəsiyyəti yerinə yetirildi

TDT baş katibi şeyxlə görüşdü

Azərbaycan hərbçiləri Kəlbəcərdə minaya düşdülər

Dünya mediası İlham Əliyevin bu çıxışından yazır

Ermənistanda revanşistlər hakimiyyətə gəlsə... - Deputat

Rusiya üçün döyüşən 8 azərbaycanlı öldü - Foto

Paşinyan təsdiqlədi: Delimitasiya belə aparılacaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla