Yuxarı

Bakının bu küçələrinə giriş ödənişli ola bilər - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının bu küçələrinə giriş ödənişli ola bilər - Ekspert

Dünyanın müxtəlif yerlərində xüsusilə böyük şəhərlər tıxaclardan əziyyət çəkir. Problemlə mübarizə üsualları isə fərqlidir. Məsələn, bu ilin əvvəlindən ABŞ-ın Nyu York şəhərinin mərkəzinə avtomobillərin girişi ödənişli edildi. Nəticədə tıxac ağırlığı 59 faiz azaldı, metrolara sərnişin axın 7-12, avtobuslara isə 6-21 faiz artdı. Bakıda da tıxacla bağlı vəziyyət pisləşməkdədir. Paytaxtın əsas mərkəzi küçələri avtomobillər üçün ödənişli edilə bilərmi?

Axar.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov Globalinfo.az-a açıqlamasında ABŞ və Avropanın bəzi ölkələrində avtomobillərin sayının həddindən artıq çox olduğunu bildirib.

“Orada 100 nəfərə təxminən 50 maşın düşür. Həmçinin şəhərlərdə ictimai nəqliyyat vasitələrinin hərəkəti qənaətbəxşdir. Bu səbəbdən həmin ölkələrdə fərdi nəqliyyat vasitələrinin istismarının məhdudlaşdırılması üçün bir sıra addımlar atılır. Şəhər mərkəzinə pullu giriş də bunlardan biridir. Postsovet ölkələrində hələ ki belə təcrübə yoxdur. Düşünürəm ki, perspektivdə ola bilər”, - o deyib.

Ekspertin fikrincə, Bakının mərkəzi küçələrinə girişi ödənişli etmək mümkündür:

“Paytaxtda tıxacların aradan qaldırılması istiqamətində görülən işlər, aparılan tədbirlər effektiv nəticə verməsə, bu haqda düşünmək olar”.

Tarix
2025.03.11 / 10:12
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla