Yuxarı

Bacısını yeddinci dəfə ərə getməsin deyə öldürdü...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bacısını yeddinci dəfə ərə getməsin deyə öldürdü...

Yevlaxda bacısını qətlə yetirməkdə təqsirləndirilən 17 yaşlı Rasim Salmanovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Məlum olub ki, Rasim bacısını 7-ci dəfə ərə getmək istədiyi üçün öldürüb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Rasimin cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Rasim Salmanova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən Rasim Salmanov 21 yaşlı bacısı Başxanım Salmanovanı odlu silahla qətlə yetirib.

Hadisə ötən ilin fevralında Yevlax şəhərində Qaraçılar məhəlləsində baş verib. Salmanovlar ailəsi də qaraçı millətindən olub və uzun illərdir bu ünvanda yaşayıb.

Rasim bacısının 7-ci dəfə ərə gedəcəyini eşidib. Belə ki, Rasim 20 yaşlı bacısı Başxanımın 6-cı dəfə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Nurlandan ayrılaraq yenidən ərə gedəcəyini, qızını da nənəsinə verəcəyini eşidib. O, bu söhbətləri Başxanımla bacılarının danışığından eşidib. Bundan sonra yan otaqda atasına məxsus ov tüfəngini götürərək bacısının baş nahiyəsindən vurub.

Rasim ifadəsində bacısının ailə həyatındakı davranışlarının onun adına xələl gətirdiyini deyib. Bildirib ki, məqsədi bacısını öldürmək yox, qorxutmaq olub. Rasim deyib ki, əli silahın tətiyinə istəmədən dəyib.

Qətl hadisəsi baş verən zaman Başxanımın nənəsi və bacısı da otaqda olub.

Məhkəmədə şahid qismində dindirilən şəxslər də Başxanımın ailə vəziyyətinə görə qardaşı Rasimlə tez-tez mübahisələrinin olduğunu deyiblər.

Rasim Salmanov törətdiyi əmələ görə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Tarix
2025.03.11 / 15:03
Müəllif
Axar.az
Digər xəbərlər

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

Əli Əsədov Gürcüstana gedir

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

Əliyevdən Ərdoğana: Sınaqlardan çıxmış əsl dostluq...

İlham Əliyev Ərdoğana məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla