Yuxarı

Nəyi səhv edirik: dəm qazı niyə hər gün can alır? - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nəyi səhv edirik: dəm qazı niyə hər gün can alır? - Ekspert

Dəm qazından bədbəxt hadisələrin yaranma səbəblərindən biri də cihaza olan kənar müdaxilələrdir.

Bu sözləri Axar.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev son günlər dəm qazından ölüm hallarının artması ilə bağlı danışarkən deyib.

Ekspert bildirib ki, qaz təsərüffatı olan yerdə təhlükəsizlik məsələləri hər zaman ön planda olmalıdır:

“Qaz olan otaqda qaz sızması və dəm qazı əleyhinə yanğın dedektoru mütləqdir. Cihaza kənar müdaxilələrin olması, rezin şlanqların istifadəsi və ya qeyri-metal borularla cihazın bir otaqdan digər otağa keçirilməsi də çox təhlükəlidir, təəssüf ki, tez-tez bu hallarla qarşılaşırıq. Cihazın təmiri və ya yerinin dəyişdirilməsi işləri mütləq şəkildə ixtisaslaşmış müəssisə tərəfindən həyata keçirilməlidir.

Bundan əlavə, qaz yanan otaq mütləq şəkildə tez-tez havalandırılmalıdır. Əgər otaqda oksigen olmasa, qazın yanma prosesi pozulacaq, nəticədə dəm qazı riski artacaq.

Bacanın təmiz olmasına diqqət yetirilməlidir. Həmçinin otağın ölçüsünə uyğun qaz cihazı quraşdırılmalıdır. Standartlar belədir: ikigöz qaz cihazı üçün otağın genişliyi minimum 8 kv.m, üçgöz üçün 12 kv.m, dördgöz üçün 15 kv.m olmalıdır”.

Tarix
2025.03.12 / 08:30
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir

AB və Azərbaycan arasında mühüm müzakirə

Bakı bu ölkənin vətəndaşları üçün vizasız rejim təklif etdi

Vəkillər Kollegiyasından bu şəxslərə xəbərdarlıq

Azərbaycanlıları öldürən rus polislər mükafatlandırıldı

İlham Əliyevin orada yer alması təsadüfi deyil - Aksoy

Bu deputatlara vəzifə veriləcək - Siyahı

Bu şəxslərə xoş xəbər: Maaşları iki dəfə artacaq

3 aydan sonra Ermənistana hücum olacaq - Hazırlıq başladı

Həbsdə olan jurnalistin ailəsində növbəti faciə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla