Yuxarı

Ərzaq məhsulları bahadır: niyə idxal artır? – Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərzaq məhsulları bahadır: niyə idxal artır? – Millət vəkili

İnsanlarımızı ən çox narahat edən məsələ ərzaq məhsullarının qiymətinin yüksək olmasıdır. İnsanlar qazanclarının böyük hissəsini ərzaq məhsulları almağa yönəldir. Hesabatda qeyd olunub ki, kənd təsərrüfatı məhsullarının istehsal qiyməti hesabat ilində 4,7 faiz artıb. Amma onların pərakəndə satış nöqtlərində qiymətlərinin nə qədər qalxması barədə məlumat yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

“Hesabatda o da öz əksini tapmayıb ki, hansı ərzaq məhsulu ilə əhalini hansı həcmdə yerli istehsal hesabına təmin edirik. Hesabatla tanışlıq zamanı bəlli olur ki, 2024-cü ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına büdcədən 362,5 milyon manat subsidiya ayrılıb, 50,6 milyon manat güzəştli kreditlər verilib, kənd təsərrüfatı texnikası alınması üçün 80,8 milyon manat, damazlıq heyvan alışı üçün 17,4 milyon manat güzəşt vəsaiti ayrılıb və s. Bu, heç də az vəsait deyil, amma qarşılığında nə müşahidə edirik? Ərzaq məhsullarının ölkəmizə idxalı son illər davamlı olaraq artmaqdadır. Hesabat ilində əkin və çoxillik əkin sahələri əvvəlki illərlə müqayisədə 6,5 faiz, dənli və dənli paxlalıların əkin sahəsi 7,7 faiz artsa da, bitkiçilik məhsulları üzrə artım 1,1 faiz, heyvandarlıq məhsulları üzrə artım isə 1,7 faiz olub. Hökumətin bu sahəyə nəzarəti gücləndirməsinə, şəffaflığın artırılmasına, bacarıqlı və yüksək ixtisaslı kadrlar hesabına bu sahənin inkişaf etdirilməsinə ciddi ehtiyac var”, - millət vəkili bildirib.

Tarix
2025.03.14 / 22:26
Müəllif
Axar.az
Digər xəbərlər

Oskanyan dedi ki, Elmar, elə bilirsən ki, biz ağılsızıq?

Tramp hücumu niyə dayandırdığını soruşdu, Əliyev cavabında...

Zəngəzurla bağlı bizə söz verdilər - Arakçı elan etdi

XİN rəhbəri NATO nümayəndələri ilə görüşdü

Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan

Azərbaycan bütün regionun gələcək inkişafını müəyyən edir

Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi

Tariximizin Zəfər salnaməsi!

Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi

Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla