Yuxarı

Maşınlarda qaz balonları buna görə partlayır - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maşınlarda qaz balonları buna görə partlayır - Ekspert

Azərbaycanda avtomobillərə qaz avadanlıqlarının quraşdırılması qadağan deyil. Bu, Daxili İşlər Nazirliyinin təlimatına əsasən tənzimlənir və Dövlət Yol Polisi tərəfindən xüsusi icazə ilə həyata keçirilir.

Bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov son zamanlar qaz balonları olan maşınların partlaması hallarına münasibət bildirərkən qeyd edib.

Ekspertin sözlərinə görə, sürücülər avtomobillərinə qaz balonu quraşdırmadan əvvəl mütləq Dövlət Yol Polisinin laboratoriyasına müraciət etməlidirlər:

“Orada qaz balonunun nə dərəcədə düzgün quraşdırılması və təhlükəsiz olduğu yoxlanılır, həmçinin avtomobilin konstruksiyasına dəyişiklik edilib-edilmədiyi müəyyən edilir. Yalnız bundan sonra qaz avadanlığının quraşdırılmasına icazə verilir”.

Eldəniz Cəfərov bildirib ki, son vaxtlar qaz avadanlığı olan avtomobillərdə baş verən partlayışların əsas səbəbi qaz balonlarının təlimata uyğun quraşdırılmaması, kustar üsulla yerləşdirilməsi, sertifikatsız və zəmanətsiz olması və vaxtında texniki baxışdan keçirilməməsi ilə bağlıdır:

“Cəmiyyətdə bu məsələyə dair müxtəlif fikirlər var. Bəzi insanlar hətta sertifikatlaşdırılmış yerlərdə quraşdırılan qaz balonlarında belə sızmaların olduğunu bildirirlər. Buna görə də hesab edirəm ki, baş verən partlayışlardan sonra aidiyyəti qurumlar mütləq araşdırma aparmalı və cəmiyyətə məlumat təqdim etməlidirlər”.

Tarix
2025.03.19 / 08:30
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Gələn il Ağdamda İlham qardaşımla birlikdə... - Ərdoğan

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

İlham Əliyev Türkiyəyə səfər edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla