Yuxarı

Vətəndaşların nəzərinə: Bu qadağa qüvvəyə minir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər həm erkən nikahlar, həm də qohum evliliklərinin sayı çoxalır.

Axar.az xəbər verir ki, bunu sosioloq Lalə Mehralı Globalinfo.az-a açıqlamasında deyib.

O, qohum nikahlar üçün təyin olunan qadağa müddətinin yaxınlaşdığını xatırladıb:

“Bir neçə aydan sonra qanuna görə, qohumlar arasında nikah mümkün olmayacaq. İnsanlar o vaxta qədər elə canfəşanlıq göstərirlər ki, sanki dövlət faydalı işi qadağan edir. Anlamırlar ki, bu, genefondumuz naminə atılan addımdır”.

Sosioloqun fikrincə, qanun çoxdan qüvvəyə minməli idi:

“Yaxşı olardı ki, elə müzakirələr gedən zamandan qanun qüvvəyə minərdi. İnsanlara 1 il müddət verilməzdi. Bilirsiniz, nə qədər qohumlar arasında nikah bağlandı? İndi çoxlu sayda qohum evliliyindən uşaqlar dünyaya gələcək. Hələ qanun qüvvəyə minənə qədər proses davam edəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev 23 iyul 2024 Ailə Məcəlləsinə dəyişikliyi təsdiqləyib. 2025-ci il iyulun 1-dən qüvvəyə minən dəyişikliyə əsasən, Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilib.

Tarix
2025.03.23 / 16:43
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkianla İmaməli Rəhman Xankəndidə görüşdü

Ayaz Salayevdən Rusiya ilə bağlı gözlənilməz etiraf

Əliyev bunu yaxşı bilir, Kreml ona görə ehtiyat edir - Özbək ekspert

Xankəndiyə toplaşan liderlərin səmimi - Fotoları

Ərdoğan Xankəndidə İsraili tənqid etdi

İlham Əliyev bu foto ilə tarix yazdı – 3 mesaj

Ərdoğandan Xankəndi ilə bağlı açıqlama

Bakı və Moskva gərginliyi bitməlidir: məsələni bağlayaq!

İran və Pakistan XİN başçıları Xankəndidə görüşdü

Hindistan torpaqlarımızı işğal altında saxlayır, lakin…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla