Yuxarı

Pərvin Mirzəyev 32 saat əməliyyat edib? - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pərvin Mirzəyev 32 saat əməliyyat edib? - Foto

Cəmiyyətin diqqətini çəkən və geniş müzakirələrə səbəb olan 32 saatlıq cərrahiyyə əməliyyatı ilə bağlı ciddi suallar gündəmə gəlib. Uzun müddət davam edən bu prosesin tibbi əsasları və protokollara uyğunluğu şübhə altına alınıb.

Axar.az xəbər verir ki, bu barədə jurnalist Qənirə Ataşova öz sosial şəbəkə səhifəsində məlumat yayıb.

Ataşova Respublika Diaqnostik Mərkəzinin rəhbərliyinə və Səhiyyə Nazirliyinə müraciət edərək, əməliyyatın detallı izahını tələb edib:

“Zəhmət olmasa, cəmiyyətin marağını nəzərə alaraq, bir sualımızı cavablandırasınız: 32 saat ərzində həkim otaqda konkret olaraq nə ilə məşğul olub? Çünki beynəlxalq tibbi protokollara əsasən, ən mürəkkəb AVM əməliyyatlarında belə cərrahiyyə müddəti maksimum 12 saatla məhdudlaşır. Belə olan halda, həkiminizin 32 saatlıq fəaliyyətini necə əsaslandırırsınız və niyə bu qədər riskli və şübhəli bir müddətdə həkimə müdaxilə etməmisiniz?

Daha bir xahişimiz budur. Cəmiyyətə addım-addım, detallı şəkildə izah edəsiniz ki, bu 32 saat hansı mərhələlərdən ibarət olub, hansı prosedurlar aparılıb, fasilələr necə təşkil olunub, pasiyentin həyati göstəriciləri necə izlənib və ən əsası, bu proses hansı tibbi meyarlara əsaslanıb? Çünki şübhəsiz ki, belə “unikal” əməliyyat tibbin inkişafında yeni səhifə açır və bəlkə də Ginnesin Rekordlar Kitabına düşməyiniz üçün əla fürsətdir - əlbəttə, məqsədiniz şan-şöhrət üçün xalqı aldatmaq deyildisə...”

Qeyd edək ki, beyin cərrahı, doktor Pərvin Mirzəliyev 32 saat fasiləsiz davam edən və tibbdə nadir rast gəlinən “Gigant beyin arteriovenoz malformasiya” əməliyyatını uğurla tamamladığı haqda sosial şəbəkədə məlumat və görüntü paylaşıb. Ağır və riskli cərrahi müdaxilədən sonra həkimin döşəmədə uzandığı görünür. O, bu dramatik anı sosial şəbəkədə bu sözlərlə paylaşıb: “Ölüb-ölüb diriltdiklərim, əməliyyatın sonu – Zəfər!”

Tarix
2025.07.04 / 14:09
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Rusiya üçün döyüşən daha bir azərbaycanlı öldü - Foto

İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...

İlham Əliyev sabiq prezidentə başsağlığı verdi

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla