Yuxarı

Pezeşkian Xankəndidə İsrailin hücumundan danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pezeşkian Xankəndidə İsrailin hücumundan danışdı

İsrail İrana qarşı qeyri-qanuni hücum edib, bu hücum ABŞ tərəfindən dəstəklənib.

Axar.az APA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə bildirib.

İran prezidenti deyib ki, 12 gün ərzində mülki insanlara qarşı da, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin himayəsində olan nüvə obyektlərinə də hücum olub:

“Biz qanuni özünümüdafiə hüququndan istifadə edərək bölgədə müharibənin qarşısını aldıq. ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb. Bu vəziyyət davam edərsə, bu, regionda iqtisadi inteqrasiyaya mənfi təsir edəcək. İƏT üzvlərinə məsuliyyətli mövqelərinə görə təşəkkür edirəm. İƏT-in son Zirvə görüşü belə qanunsuz hücumların pislənməsi üçün böyük fürsətə çevrildi”.

Məsud Pezeşkian qeyd edib ki, Çin, Rusiya və Körfəzlə sərhəddə yerləşən İqtisadi Əməkdaşlıq Təşkilatının tranzit nəqliyyat dəhlizlərinin təşkilində böyük rolu ola bilər.

İran prezidenti İƏT Süni İntellekt Mərkəzinin yaradılmasını təklif edib:

“İƏT-in böyük turizm potensialı var və 2025-ə qədər bu sahədə qarşıya hədəflər qoyaraq həyata keçirə bilərik”.

O vurğulayıb ki, İran növbəti Zirvə görüşünə ev sahibliyi etməkdən şərəf duyardı.

Tarix
2025.07.04 / 14:15
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla