Yuxarı

Bakıda maşın bina tikintisi üçün qazılan xəndəyə düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda maşın bina tikintisi üçün qazılan xəndəyə düşdü

Bakının Yeni Yasamal yaşayış massivində minik avtomobili yaşayış binasının inşası üçün qazılan xəndəyə düşüb.

Axar.az xəbər verir ki, bu barədə Report-a Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsi 5A ünvanında yaşayan sakinlər məlumat verib.

Onların sözlərinə görə, hadisə martın 27-də günorta saatlarında baş verib:

“Sürücü maşını arxaya verəndə xəndəyin kənarlarında quraşdırılan dəmir torları görmədiyi üçün aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb. Qəza yerinə gələn təcili tibbi yardım briqadasının həkimləri yaralıya ilkin müdaxilə ediblər”.

Həmçinin qeyd olunub ki, xəndək təxminən iki ilə yaxındır qazılıb və bu müddət ərzində orada heç bir tikinti işləri aparılmayıb:

“Bu yaxınlarda ətrafda yaşayan yaşlı sakin də gecə vaxtı xəndəyə yıxılaraq qolunu qırmışdı. Ümumiyyətlə, xəndəyin ətrafında heç bir təhlükəsizlik tədbiri görülməyib. Sadəcə, təzəlikcə xəndəyin ətrafına dəmir torlar çəkilib və qaranlıq düşəndə o da görünmür”.

Tarix
2025.03.27 / 17:07
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü: mühüm müzakirə... - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla