Yuxarı

Yeni oyun: bank kartını icarəyə ver, 5 min qazan... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bank kartını icarəyə ver, 5000 manat qazan” kimi elanlar artıq sosial şəbəkələrdə tez-tez qarşımıza çıxır.

Axar.az xəbər verir ki, məlum məsələdir ki, heç kim qarşılıqsız pul verməz. Burada bir sual ortaya çıxır. Bank kartını icarəyə götürən şəxslər ondan hansı məqsədlər üçün istifadə edə bilərlər?

İT mütəxəssisi Əmrah Mövsümzadənin sözlərinə görə, insanların hesablarını başqalarına icarəyə vermələri onların şəxsi məlumatlarının kibercinayətlər zamanı istifadəsinə səbəb ola bilər:

“Tez-tez müşahidə olunur ki, vətəndaşların şəxsi informasiyaları təhlükəli proseslərdə istifadə edilir”.

Hüquqşünas Hikmət Əliyev isə bildirib ki, əgər hər hansı şəxs bank kartını və ya ona bağlı olan mobil tətbiqi könüllülük əsasında başqa bir şəxsin istifadəsinə verirsə, burada hüquqazidd davranış yoxdur:

“Əgər həmin bank kartı vasitəsilə hər hansı cinayətin törədilməsi nəzərdə tutulub və vətəndaş bunu bildiyi halda kartını təqdim edibsə, onun da əməlində cinayət tərkibi var. İşin hallarından asılı olaraq kart sahibi cinayət məsuliyyətinə cəlb edilə bilər”.

Ətraflı Baku TV-nin süjetində:

Tarix
2025.03.27 / 21:47
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Azərbaycanda sülhə töhfə verir - Ərdoğan

İlham Əliyev Şahbaz Şəriflə danışdı

Cövdət Yılmaz Əli Əsədova məktub göndərdi

Məhəmməd bin Salman İlham Əliyevi təbrik etdi

Səudiyyə Ərəbistanı kralı İlham Əliyevi təbrik etdi

ABŞ səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Azərbaycanda Ramazan bayramı qeyd edilir

Leyla Əliyevadan Ramazan bayramı təbriki - Video

İlham Əliyev dünya azərbaycanlılarını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla